Modern.az

“Ölkəyə gələn turistlərin hamısı 14 gün karantində saxlanılsın” - Baş infeksionist

“Ölkəyə gələn turistlərin hamısı 14 gün karantində saxlanılsın” - Baş infeksionist

Aktual

4 İyun 2020, 16:52

Artıq bəzi ölkələr öz sərhədlərini turistlərin üzünə açıb, bəziləri də yaxın 10 gün ərzində qonaqları qəbul edəcək.

Azərbaycanda isə beynəlxalq uçuşlar iyun ayının 15-dən etibarən Türkiyə ilə açılış edəcək. Pandemiya dövründə təxliyə olunan vətəndaşların 14 gün karantində qaldığını nəzərə alsaq ölkəyə gələn turistlərin də 14 gün karantində qalacağı şübhə doğurmur.

 

Lakin əksər ölkələrdə, elə İtaliyanın özündə ölkəyə gələn turistlərin 14 gün karantində qalmasına ehriyac duyulmur.

 

Maraqlıdır, xarici təcrübə Azərbaycanda da tətbiq edilə bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bəzi ölkələrdə 14 günlük karantin rejiminin ləğvinin şəxsin sənədinə xüsusi möhür vurulmasından dolayı olduğunu bildirib:

 

“Sərhədlərini açıq elan edən və turist qəbul edən ölkələr hava limanında əcnəbilərdən sənəd tələb edir. Belə ki, şəxs öz ölkəsindən koronavirus testindən keçir və  testin nəticəsi ilə bağlı müvafiq möhür şəxsin sənədinə vurulur. Bundan sonra hava limanından əcnəbilər ölkəyə buraxılır. Amma bu da təhlükəlidir.

Çünki kimsə testi səyahətdən 1 həftə, 10 gün əvvəl ala bilər ki, bu müddət ərzində də ətrafdan ona virus yoluxa bilər. Amma yenə də bu məsələni dərindən təhlil etmək lazımdır. Yəqin ki, hər ölkə öz prinsiplərinə görə qərar qəbul edəcək. Amma mən istəyərdim ki, bizdə  COVID-19 sənədinin olub-olmamasından aslı olmayaraq ölkəyə gələn turistlərin hamısı 14 gün karantində saxlanılsın”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!