Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdəki pandemiyanın ikinci mərhələnin gedişatı ilə əlaqəli bəzi qərarlar qəbul edib.
Hazırda dünyada 7 milyona yaxın insan koronavirusa yoluxub, 400 min insan həyatını itirib. Son günlər ölkəmizdə karantin rejiminin kəskin pozulması nəticəsində virusun ayrı-ayrı bölgələrdə sürətli yayılması müşahidə edilir.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R.Bayramlının sözlərinə görə, bununla əlaqədar olaraq, Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda yaşayanlar iyunun 6-dan 8-dək yaşayış və olduqları yeri tərk edə bilməzlər:
"Bu dövrdə yalnız istisna hallarda yaşayış yerini tərk etməyə icazə veriləcək".
O qeyd edib ki, qısamüddətli qapanmadan sonra vətəndaşlar sürətli azadlığa can atmamalıdırlar: "Bu halda daha diqqətli olmaq lazımdır".