Arxiv
5 İyun 2020, 08:39 | TƏHSİL
Ucqar kənd məktəblərində müəllim çatışmazlığını necə həll etməli… - TƏKLİF VERİLDİ

Hazırda ölkənin ucqar kəndlərində yerləşən təhsil müəssisələrinin bəzilərində kadr çatışmazlığı müşahidə edilir. Gənc müəllimlər rayon mərkəzləri və şəhərlərə can atılar ki, bu da kəndlərə işləməyə gedənlərin sayına təsir etmiş olur.

Baxmayaraq ki, ucqar bögələrdə çalışan müəllimlərə H1 və H2 proqramı çərçivəsində həvəsləndirici güzəştlər edilir, amma yenə də bu problem öz həllinin tam tapa bilmir.

Maraqlıdır, ucqar rayonlarda kadr çatışmazlığının səbəbi nədir? Problemdən çıxış yolu var?

 

Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov ucqar rayonlarda kadr çatışmazlığının həlli yolunu tətbiq edilən güzəştlər üçün müəllimlərin yaş həddinin artırılmasında görür:

 

“Ölkədə son illərdə müəllimlərin işə qəbulu, onların sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb. Bir çox yerlərdə müəllimləri cəlb etmək üçün həvəsləndirmə (H1,H2) tətbiq edilir. Həvəsləndirmə rayon mərkəzindən 3 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. Həvəsləndirmənin 2 istiqaməti var.
H1-rayon mərkəzindən 3 km dən 20 km-ə qədər məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. H1-də maaşın üstünə 60 manat əlavə vəsait gəlir.
H2- 20 km dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. H2 üçün 160 manat məbləğində vəsait nəzərdə tutulur.

Bütün bunlar əla. İndi gələk əsas məsələyə: 5 il ərzində elektrik enerjisi və nəqliyyat daşıyıcılarının qiymətləri azı 2 dəfə bahalaşıb, amma müəllimin məhz bu problemini həll etmək üçün müəyyən edilmiş məbləğ artmayıb. İkincisi, müəllim 35 yaşı tamam olandan sonra da həmən yolu gedir və enerjini sərf edir. Ona görə də həvəsləndirmə proqramlarında 35 yaş məhdudiyyəti aradan qaldırılmalıdır. Yoxsa H1 və H2 tətbiq edilən məktəblərdə çalışanlar bu yardım dayanandan sonra onlar da məktəbi dəyişəcək. Belə hallar artıq baş verir. Birdə bölgələrdə müəllimlərin dərs saatı 25-30 saat deyil ki, onlar yüksək əmək haqqı alsınlar. Məhz gəncləri regionlarda məktəblərə cəlb etmək üçün əmək haqlarına müvafiq əlavələr edilməlidir. Bir daha təklif edirəm ki, H1 və H2-yə görə verilən vəsaitlər və yaş həddi artırılsın”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38 Paşinyanın oğlu ordudan təxris olundu - VİDEO 9 İyul 2020, 17:36 Rusiya 13 ölkə ilə hava uçuşlarını bərpa edir – Bəs Azərbaycan? 9 İyul 2020, 17:34 Bakı-Sumqayıt yolunda yeni geridönmə yeri yaradıldı - FOTO 9 İyul 2020, 17:28 Dilqəmlə Şahbazdan XƏBƏR VAR 9 İyul 2020, 17:22 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 9 İyul 2020, 17:16 Azərbaycan MDB ölkələri arasında 30 ilin REKORDUNU VURDU 9 İyul 2020, 17:10 Gəlin, xırdalayaq, günahkar axtarmayaq! 9 İyul 2020, 17:04 Prezident Administrasiyasının şöbə müdiri partiya sədri ilə görüşdü 9 İyul 2020, 16:58 İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDU 9 İyul 2020, 16:52 Gömrük Hospitalı koronavirusa yoluxan həkiminin son durumunu AÇIQLADI 9 İyul 2020, 16:46 Oğuza istirahətə gedənlər cəzalandırıldı - FOTO 9 İyul 2020, 16:40 Moskvada qoruyucu maska rejimi ləğv olunur 9 İyul 2020, 16:34 Azərbaycana yeni qaz sayğacları gətirildi - VİDEO 9 İyul 2020, 16:28 Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı 9 İyul 2020, 16:22 Seul meri ölü tapıldı 9 İyul 2020, 16:16 DİM magistraturaya qəbul olunan bakalavrlara müraciət etdi 9 İyul 2020, 16:10 Bu Peşə Təhsil Mərkəzlərinə publik hüquqi şəxs statusu verildi 9 İyul 2020, 16:04 BMU-nun magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin qeydiyyatı asanlaşdırıldı 9 İyul 2020, 15:58 SMS-siz küçəyə çıxanların nəzərinə! - HƏBS OLUNANLAR VAR 9 İyul 2020, 15:52 DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib -FOTO 9 İyul 2020, 15:46 Dövlət Agentliyi 84 obyektdə qanun pozuntusu aşkarladı - FOTO 9 İyul 2020, 15:40 Prezident Saleh Məmmədovun bəzi səlahiyyətlərini LƏĞV ETDİ 9 İyul 2020, 15:35 “Evdar Kişilər Klubu” Neftçala sakinlərinə 20 ton içməli su GÖNDƏRDİ 9 İyul 2020, 15:29 Ermənilər Kəlbəcər suyunu “Murov” brendi ilə xaricə satacaq – FOTO 9 İyul 2020, 15:24