Modern.az

Bill Geyts koronovirusa qarşı vaksinlərdə çiplərin olmayacağını deyib

Bill Geyts koronovirusa qarşı vaksinlərdə çiplərin olmayacağını deyib

5 İyun 2020, 10:36

Milyarder Bill Geyts vaksin vasitəsilə insanlara çipləri implantasiya edib, dünya əhalisinin sayını azaldacağı ittihamlarına cavab verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, B.Geytsin fikrincə, bu ağlasığmaz fikirlər insanlar arasında ədavətin artmasına gətirib çıxarır. Bundan başqa o, vaksinin ziyanlı olması barədə əsassız şayiələrin dolaşmasından da narahatdır. Belə söhbətlər insanları peyvand etməkdən çəkindirə bilər və koronovirusun ölümcül təsiri davam edər.

Geyts, həmçinin suçiçəyinə qarşı vurulan peyvəndin effektliyindən danışıb. Onun fikrincə, həmin peyvənd sayəsində bədənə çapıq izi qalırdı, bu da insanın peyvənd olunduğunu göstərirdi. Geyts müasir peyvəndin çiplərdən və ya digər oxşar maddələrdən ibarət olmadığını deyib.   

Xatırladaq ki, bütün dünyada koronovirus infeksiyasının yaranması və yayılması B.Geytsin adı ilə bağlanır. Məqsəd kimi isə virusa qarşı vaksin hazırlanması, vaksin vasitəsilə ilə bəzi insanların öz məqsədləri üçün istifadə edəcəyi şəxslərə çiplərin yerləşdirilməsi və həm də dünya əhalisnin sayının azadılması göstərilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır