Arxiv
5 İyun 2020, 11:28 | DİASPOR
Özbəkistandakı azərbaycanlılara maddi dəstək göstərilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə yeni növ koronavirus pandemiyası şəraitində bu ölkədə müvəqqəti çətinliklərlə üzləşmiş və vaxtında vətənə dönə bilməyən vətəndaşlarımıza maddi və mənəvi dəstək göstərilib.

 

Modern.az xəbər verir ki, Özbəkistanın Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsində keçirilən tədbirdə Daşkənd, Səmərqənd, Anqren, Yangiyül, Qarşı və digər şəhərlərdə müvəqqəti yaşayan 90 nəfər Azərbaycan vətəndaşına maddi yardım göstərilib.

 

Tədbirdə çıxış edən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov bildirib ki, indiyədək Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə qardaş ölkədə müvəqqəti çətinliklərlə üzləşmiş və vaxtında vətənə dönə bilməyən vətəndaşlarımıza davamlı olaraq maddi və mənəvi yardımlar göstərilib. Özbəkistandan Azərbaycana qayıdan bilməyən vətəndaşlarımızdan zəruri dəstəyə ehtiyacı olan 50 nəfərə maliyyə yardımı edilib, Qarşı şəhərində fəaliyyətini dayandırmış “Your Equipment Supplier” MMC-nin 39 nəfər işçisi Azərbaycan səfirliyinin və Dövlət Komitəsinin dəstəyi ilə mayın 13-dən iyunun 10-dək müvəqqəti yaşayış yeri və gündəlik qida ilə təmin olunub.

 

F.Hüseynov qeyd edib ki, vətənə dönə bilməyənlərlə yanaşı, Özbəkistanda yaşayan aztəminatlı azərbaycanlı ailələrə də zəruri yardımlar edilib. Bütün bunlar bir daha sübut edir ki Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq, daim öz vətəndaşlarının yanındadır. O, Azərbaycan dövlətinə və rəhbərliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, maliyyə yardımlarının paylanılması üçün yaratdığı şəraitə görə Özbəkistanın Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinə təşəkkürünü bildirib.

 

Maddi yardım alanlardan soydaşımız Emil Cəfərli bu humanist aksiya üçün Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib və bildirib ki, hər kəs səbrsizliklə doğma Azərbaycana qayıdacağı günü gözləyir.

 

Tədbirdə Azərbaycan səfirliyinin birinci katibi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edib.

 

Xatırladaq ki, sərhədlərin bağlanması səbəbindən Özbəkistandan vaxtında dönə bilməyən vətəndaşlarımızdan 50 nəfəri mayın 8-də Təl-Əviv-Daşkənd-Bakı-Təl-Əviv reysi ilə Azərbaycana təxliyə olunub. Bu qrupa əsasən uşaqlı ailələr, qadınlar və xəstələr daxil ediliblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan və Türkiyə prezidentləri Bakıda futbol matçında - FOTO 16 İyun 2021, 23:04 İki ayın gəlini itkin düşdü - FOTO 16 İyun 2021, 22:56 Türkiyədə yoluxanlar çoxaldı 16 İyun 2021, 22:49 Samuxda 13 sürücü cəzalandırıldı - FOTO 16 İyun 2021, 22:37 Bayden rusiyalı həmkarına eynək bağışladı 16 İyun 2021, 22:24 Lerikdə ayı kəndə hücum etdi 16 İyun 2021, 22:13 Liderlər bəyanat verdi: "Nüvə müharibəsində qalib ola bilməz" 16 İyun 2021, 22:03 Türkiyə millisindən daha bir məğlubiyyət 16 İyun 2021, 21:55 Güləşçilərimiz Avropa çempionatında 4 medal qazandı 16 İyun 2021, 21:42 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyanat yaydı 16 İyun 2021, 21:31 Laçında iki sərhədçimiz həlak oldu - FOTO 16 İyun 2021, 21:18 Ərdoğanın Milli Məclisdəki çıxışının TAM MƏTNİ 16 İyun 2021, 21:14 Putin Baydenlə danışıqları konstruktiv adlandırdı 16 İyun 2021, 21:01 Şuşa Bəyannaməsi tarixi sənəddir - Deputat 16 İyun 2021, 20:47 Prezidentlər Türkiyə - Uels matçını izləyir 16 İyun 2021, 20:35 Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu 16 İyun 2021, 20:22 Teledərslərin sabaha olan CƏDVƏLİ 16 İyun 2021, 20:18 Türkiyə - Uels matçı başlayıb 16 İyun 2021, 20:05 Putin-Bayden görüşü başa çatdı 16 İyun 2021, 19:42 Azərbaycanın xarici ticarət dövriyyəsi artır 16 İyun 2021, 19:33 Türk Şurasının Baş katibindən Şuşa Bəyannaməsi ilə bağlı BƏYANAT 16 İyun 2021, 19:14 Ərdoğan Monitorinq Mərkəzinin türkiyəli hərbçiləri ilə Bakıda görüşüb 16 İyun 2021, 18:55 Bakıda restoran icarədarı 4000 manat cərimələndi 16 İyun 2021, 18:41 Ərdoğan Bakıda Türk şəhidliyini ziyarət etdi - FOTO 16 İyun 2021, 18:28 Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor satmağa icazə verilib 16 İyun 2021, 18:16 Ərdoğan Gürcüstanla Rusiya arasında vasitəçilik təklif etdi 16 İyun 2021, 18:07 İcra başçısının müavini övladına toy edib? - DİN-dən açıqlama 16 İyun 2021, 18:00 Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verildi 16 İyun 2021, 17:55 Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət 16 İyun 2021, 17:49 Şuşa Bəyamnaməsi Qarabağın təhlükəsizliyinin qarantıdır 16 İyun 2021, 17:43 Yoluxma azaldı, sağalan çoxaldı - 1 nəfər öldü 16 İyun 2021, 17:39 Ərdoğanın və xanımının şərəfinə nahar verildi 16 İyun 2021, 17:35 “Uşaq Qaynar Xətt” xidmətinə son 5 aya 2 mindən çox müraciət daxil olub! 16 İyun 2021, 17:30 Türkiyə Prezidenti Bakıda azarkeşlərlə görüşdü - VİDEO 16 İyun 2021, 17:25 Ərdoğan Gürcüstana "Zəngəzur dəhlizinə qoşul" mesajını verdi 16 İyun 2021, 17:21
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?