Modern.az

Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası

Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası

İqtisadiyyat

6 İyun 2020, 21:17

2019-cu ildə   əvvəlki illə müqayisədə daha çox satınalma keçirilsə də, satınalmaların əhatə məbləği azalıb.

Modern.az-ın xəbərinə görə, bu barədə 2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə hesabata Hesablama Palatasınn rəyinin xülasəsində qeyd edilmişdir. Xülasədə göstərilib ki, 2019-cu ildə dövlət vəsaitləri hesabına ümumilikdə 5,7 mlrd. manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Həmin məbləğin 11457 sayda müsabiqə ilə əhatə olunduğu göstərilib. Xülasədə qeyd edilmiş məlumatlara görə,  2018-ci illə müqayisədə satınalmaya cəlb edilmiş məbləğ hesabat ilində bir qədər az, lakin keçirilən müsabiqələrin sayı daha çox olub.

Belə ki, satınalmaya cəlb edilmiş məbləğin əvvəlki il üzrə göstəricinin 98,4%-ə bərabər olduğu, amma müsabiqə sayının 104,9% olduğu Xülasədə göstərilib.

Eyni zamanda 2019-cu ildə  neft sektoru üzrə ölkənin dayanıqlılıq göstəricilərini əsasən müsbət trend nümayiş etdirib. Bu barədə Hesablama Palatasının 2019-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı hazırladığı rəy əsasında tərtib edilmiş xülasədə qeyd olunub.

 

Belə ki, Hesablama Palatası xülasədə 6 göstərici üzrə hesablamaların nəticələrini əks etdirib. Həmin hesablamalara görə qeyri-neft ilkin büdcə balansı - 30,4%, Neft Fondunun gəlirləri nəzərə alınmadan qeyri-neft büdcə balansı - 23%, bütün neft komponentləri nəzərə alınmaqla qeyri-neft büdcə balansı -27,4% təşkil edib. Eyni zamanda, xülasədə Neft Fondunun transfertlərinin büdcə gəlirlərinə nisbətinin 46,9% və transfertin Fondun gəlirlərinə nisbətinin 59,7%, dövlət büdcəsində neft sektorunun payının 56,4% olduğu göstərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!