Arxiv
9 İyun 2020, 16:35 | DİASPOR
“Karabakh İs Azerbaijan!” adlı YouTube kanalının təqdimatı keçirilib

Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə yaradılan “Qarabağ Azərbaycandır!” (Karabakh İs Azerbaijan!) adlı YouTube kanalının video təqdimatı keçirilib.

 

Modern.az xəbər verir ki, bu münasibətlə təşkil edilən virtual tədbirdə Bakıda və müxtəlif regionlarda yaşayan 50 nəfərədək diaspor könüllüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Aqil Əsədov və Dövlət Komitəsinin əməkdaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov iştirak edib. Dövlət Komitəsinin “Təbliğat, informasiya və analitik təhlil” şöbəsinin müdiri A.Əsədov tədbiri giriş sözü ilə açaraq gəncləri salamlayıb, onların təşəbbüsü ilə yaradılan “Karabakh İs Azerbaijan!” adlı YouTube kanalının əhəmiyyətini qeyd edib və görüləcək işlərdən danışıb.

 

Daha sonra “Azərbaycan Diaspor Könüllüləri”nin koordinatoru B.Rəhimov gəncləri salamlayaraq, ali məktəblərdə imtahan sesiyası müddətində vaxt ayırıb onlayn konfransa qoşulduqlarına görə təşəkkür edib. Pandemiya dövründə dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri qeyd edib və gəncləri karantin dövrünün qaydalarına ciddi əməl etməyə çağırıb.

 

Təqdim edilən YouTube kanalı haqqında danışan B.Rəhimov təşəbbüsün alqışlandığını bildirib və Komitə rəhbərliyi tərəfindən də dəstəkləndiyini minnətdarlıqla qeyd edib.

 

Konüllü gənclər vurğulayıblar ki, dünyada informasiya müharibəsi getdiyi bir vaxtda hər birimiz bir əsgərik, hər birimiz Azərbaycan həqiqətlərini, xüsusilə Dağlıq Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Belə bir təşəbbüsə dəstək olduğu üçün Dövlət Komitəsinə, onun rəhbərliyinə təşəkkürlərini ifadə edən gənclər “Qarabağ Azərbaycandır!” sözlərinin bütün dünyaya qəbul etdirilməsi üçün əllərindən gələn hər şeyi edəcəklərini bildiriblər. Sonda təqdimat iştirakçıları aşağıdakı bəyanatı qəbul ediblər:

 

“Biz – Azərbaycan Diaspor Konüllüləri möhtərəm cənab Ali Baş Komandanın Avropanın mərkəzində işğalçı ölkənin baş nazirinə keçdiyi tarixi dərsdən ruhlanaraq “Qarabağ Azərbaycandır!” adlı YouTube kanalı yaradırıq. Kanalda Qarabağ həqiqətləri - tarixi, təbiəti, adət-ənənələri, mətbəxi, əhalisi, mədəniyyəti, musiqisi, şəxsiyyətləri və s. haqqında Azərbaycan, İngilis və Rus dillərində videolar hazırlayaraq paylaşacağıq.

 

Kanalın məqsədi “Qarabağ Azərbaycandır!” ifadəsinin bütün dünyaya qəbul etdirilməsi, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı, azərbaycansevər gəncləri Azərbaycan həqiqətlərinin təbliği istiqamətində daha da səfərbər etməkdir. Bir daha bəyan edirik ki, “Qarabağ Azərbaycandır!” sözlərinin bütün dünyaya qəbul etdirilməsi üçün, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərlə birlikdə, əlimizdən gələni edəcəyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramos "Real"dan getdi 16 İyun 2021, 23:50 Paytaxtda piyadanı maşın vurdu 16 İyun 2021, 23:42 Qaret Beyl Bakıdakı matçın ən yaxşısı seçildi 16 İyun 2021, 23:28 Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO 16 İyun 2021, 23:15 Azərbaycan və Türkiyə prezidentləri Bakıda futbol matçında - FOTO 16 İyun 2021, 23:04 İki ayın gəlini itkin düşdü - FOTO 16 İyun 2021, 22:56 Türkiyədə yoluxanlar çoxaldı 16 İyun 2021, 22:49 Samuxda 13 sürücü cəzalandırıldı - FOTO 16 İyun 2021, 22:37 Bayden rusiyalı həmkarına eynək bağışladı 16 İyun 2021, 22:24 Lerikdə ayı kəndə hücum etdi 16 İyun 2021, 22:13 Liderlər bəyanat verdi: "Nüvə müharibəsində qalib ola bilməz" 16 İyun 2021, 22:03 Türkiyə millisindən daha bir məğlubiyyət 16 İyun 2021, 21:55 Güləşçilərimiz Avropa çempionatında 4 medal qazandı 16 İyun 2021, 21:42 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyanat yaydı 16 İyun 2021, 21:31 Laçında iki sərhədçimiz həlak oldu - FOTO 16 İyun 2021, 21:18 Ərdoğanın Milli Məclisdəki çıxışının TAM MƏTNİ 16 İyun 2021, 21:14 Putin Baydenlə danışıqları konstruktiv adlandırdı 16 İyun 2021, 21:01 Şuşa Bəyannaməsi tarixi sənəddir - Deputat 16 İyun 2021, 20:47 Prezidentlər Türkiyə - Uels matçını izləyir 16 İyun 2021, 20:35 Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu 16 İyun 2021, 20:22 Teledərslərin sabaha olan CƏDVƏLİ 16 İyun 2021, 20:18 Türkiyə - Uels matçı başlayıb 16 İyun 2021, 20:05 Putin-Bayden görüşü başa çatdı 16 İyun 2021, 19:42 Azərbaycanın xarici ticarət dövriyyəsi artır 16 İyun 2021, 19:33 Türk Şurasının Baş katibindən Şuşa Bəyannaməsi ilə bağlı BƏYANAT 16 İyun 2021, 19:14 Ərdoğan Monitorinq Mərkəzinin türkiyəli hərbçiləri ilə Bakıda görüşüb 16 İyun 2021, 18:55 Bakıda restoran icarədarı 4000 manat cərimələndi 16 İyun 2021, 18:41 Ərdoğan Bakıda Türk şəhidliyini ziyarət etdi - FOTO 16 İyun 2021, 18:28 Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor satmağa icazə verilib 16 İyun 2021, 18:16 Ərdoğan Gürcüstanla Rusiya arasında vasitəçilik təklif etdi 16 İyun 2021, 18:07 İcra başçısının müavini övladına toy edib? - DİN-dən açıqlama 16 İyun 2021, 18:00 Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verildi 16 İyun 2021, 17:55 Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət 16 İyun 2021, 17:49 Şuşa Bəyamnaməsi Qarabağın təhlükəsizliyinin qarantıdır 16 İyun 2021, 17:43 Yoluxma azaldı, sağalan çoxaldı - 1 nəfər öldü 16 İyun 2021, 17:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?