Modern.az

Abituriyentlərin DİQQƏTİNƏ: İxtisaslar üzrə müsabiqə şərtləri və keçid balları AÇIQLANACAQ

Abituriyentlərin DİQQƏTİNƏ: İxtisaslar üzrə müsabiqə şərtləri və keçid balları AÇIQLANACAQ

12 İyun 2020, 17:07

“Abituriyent” jurnalının 2‑ci nömrəsini yaxın günlərdə nəşr olunacaq

Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, bu nömrədə 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc ediləcək.

Jurnalda, həmçinin 2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan (situasiya, mətn və mənbə əsasında hazırlanan) tapşırıqların izahı, qiymətləndirmə meyarları, elmi-metodiki təhlili və statistik göstəri­ciləri də dərc olunacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub