Modern.az

AzTV-nin mətbuat katibi İŞDƏN ÇIXDI

AzTV-nin mətbuat katibi İŞDƏN ÇIXDI

17 İyun 2020, 12:17

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov işdən çıxıb.

Modern.az xəbər verir ki, məlumatı M.Aslanovun özü də təsdiqləyib.

“Dostlar, mən artıq AzTV-dən ayrılmışam. Bu qədər. Qaldı ki, elin də, zamanın da gözü tərəzidir”,-deyə o, sosial şəbəkədəki qısa açıqlamasında bildirib.


Qeyd edək ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi 2019-cu il martın 1-dən fəaliyyət göstərir. M.Aslanov da həmin vaxtdan şöbə müdiri təyin olunmuşdu.

M.Aslanov əvvəllər "Azadinform", APA və "Report" agentliklərində fəaliyyət göstərib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir