Arxiv
19 İyun 2020, 14:59 | İQTİSADİYYAT
“Bu işi həmin kəndin kişilərinə yaraşdırmadım” - Deputat bələdiyyə üzvü ilə sədrin qalmaqalından DANIŞDI

“Neftçala rayonunun Xolqaraqaşlı kəndində camaatla bələdiyyə sədri arasında ciddi narazılıq var”.

Bunu Modern.az-a adıçəkilən kəndin bələdiyyə üzvü Vəfa Nağı və bələdiyyə sədri Əlibala Səlimov arasında yaranmış münaqişədən danışarkən Neftçala rayonun deputatı Sabir Rüstəmxanlı deyib. O qeyd edib ki, Əlibala Səlimov təcrübəli şəxsdir, sovet dövründən qalma kadrlardandır, vaxtilə kolxoz sədri və SSRİ Ali Sovetinin deputatı olub:

“Səlimov cavan yaşından rayonda hörmət qazanıb və buna görə indiyə qədər üzdədir. Lakin bu gün camaatla Əlibala Səlimov arasında ciddi konflikt var. Epidemiya səbəbindən həmin kəndə gedib, məsələ ilə daha yaxından tanış ola bilmədim. Əslində bu mənim işim də deyil. Çünki bələdiyyə sədrini camaat özü seçib, indi isə narazılıq edir. Hər bir halda onu bilirəm ki, narazılığın kökündə Səlimov haqqında mənfi iddialar dayanır. Əhali deyir ki, Səlimov həm camaat üçün ayrılan bələdiyyə torpaqlarından, həm örüşlərdən, həm də əkinə yararlı sahələrdən öz şəxsi mənafeyi üçün istifadə edir. Oğluna torpaq sahələri verib. Bir neçə dəfə camaatın bələdiyyə sədrinə etirazı əks etdirən videolar yayılıb, mənə də göndəriblər. Rayon rəhbərliyinin də bundan xəbəri var. narazlılıq dalğası getdikcə böyüyür.

Bələdiyyə sədrinin fəaliyyətindən narazı olan şəxslərdən biri də Vəfa Nağıdır. O həmin kənd bələdiyyəsinin üzvüdür və rayonun fəal qadınlarından biridir. Qadın hüquqlarını müdafiə etməsi ilə tez-tez gündəmə gəlirdi. Ola bilər ki, bu kimi addımlarında bəzən ifrata varır. Amma eyni zamanda,  camaatla birlikdə kəndin haqlarını da tələb edir.

Bələdiyyədə də hər şeyin şəffaf olmağını istəyir. Münaqişə buradan başlayıb.

Vəfa Nağının tələbinə cavab adekvat olmayıb. Bələdiyyə üzvü hesabatı, yaxud başqa nəyi isə tələb edirsə, bələdiyyə sədri, onunla hər şeyi açıq-aydın müzakirə edib, həll edə bilər. Ona görə burada bələdiyyə sədrinin təqsiri olub. Vəfa Nağının böyüdülmüş fotolarını kəndin müxtəlif hissələrində yapışdırıblar. Bələdiyyə üzvü dənizə də gedə bilər, bu fotolar heç nə demək deyil. Şəxsi məsələləri bu şəkildə ictimailəşdirmək olmaz. Söhbət bələdiyyənin işinin şəffaflığından, torpaqların düzgün bölünməsindən gedirsə, buna qanun-hüquq çərçivəsində, mədəni şəkildə cavab vermək lazımdır. Bu fotonu kim yayıbsa, elə həmin kənddəki kişilərə yaraşan iş deyil. Camaatın bunu necə qəbul etdiyini bilmirəm, amma mənim mövqeyim budur”.


Sabir Rüstəmxanlı onu da əlavə edib ki, bələdiyyə seçkilərində camaat etimad edib, Əlibala Səlimovu bələdiyyəyə seçibsə, bu o demək deyil, səlahiyyətindən, bələdiyyənin imkanlarından fərqli formada istifadə edə bilər:

“Əslində Vəfa Nağının məsələsi fikri yayındırmaq üçün ortaya atılıb. Bütövlükdə bu kənd bələdiyyə sədrindən çox narazıdır. Neçə aydır, kənd camaatı sakitləşmək bilmir. Hər gün yığışırlar, məktublar yazırlar, icra hakimiyyətinə müraciət edirlər. Narazılıq pik həddə çatıb. Ona görə, Vəfa Nağının məsələsini ortaya atıblar ki, narazı camaatın fikrini yayındırsınlar. Əslində isə Vəfaya deyil, kənd camaatına cavab vermək lazımdır. Camaatla bələdiyyənin münasibətləri araşdırılıb, aydınlaşdırılmalıdır”.

Xatırladaq ki, bir neçə gündür Neftçala rayonunun Xolqaraqaşlı kəndində bələdiyyə üzvü Vəfa Nağı ilə bələdiyyə sədri Əlibala Səlimov arasında münaqişə yaşanır. Vəfa Nağı üzvü olduğu bələdiyyənin maliyyə hesabatı ilə tanış olmaq istəyib.
Bələdiyyə sədri isə onun tələbinə qarşı çıxıb. Bundan sonra qadının çimərlik şəklini kəndin dayanacaqlarına yapışdırılıb. Bu qalmaqal artıq sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İctimai yerlərdə 5 nəfərdən artıq toplaşma qadağandırOperativ Qərargah 3 Avqust 2020, 16:41 Prezidentin köməkçisi Qarabağın azərbaycanlı icması ilə görüşüb 3 Avqust 2020, 16:34 Rayonlara gediş-gəliş, toy-yas qadağası avqustun 31-dək QÜVVƏDƏDİR 3 Avqust 2020, 16:26 13 şəhər və rayonda bu məhdudiyyətlər qüvvədə qalır - SİYAHI 3 Avqust 2020, 16:18 Avqustun 5-dən SMS icazə ləğv edilir 3 Avqust 2020, 16:15 Avqustun 5-dən bu karantin qaydaları yumşaldılır - RƏSMİ 3 Avqust 2020, 16:11 Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – bu dəfə Qarabağda - TƏHLİL 3 Avqust 2020, 15:44 Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı 3 Avqust 2020, 15:32 Ermənilər Müdafiə Nazirliyinin adına saxta "twitter" hesabı açıb - XƏBƏRDARLIQ 3 Avqust 2020, 15:23 Rusiyada virusa yoluxanların sayı 850 mini keçdi 3 Avqust 2020, 14:58 İtaliya Azərbaycana tibbi missiya göndərir 3 Avqust 2020, 14:40 “EduHack” hakatonu yekunlaşdı: Distanttəhsil problemlərinə qarşı 18 innovativ təqdimat 3 Avqust 2020, 14:25 Siyəzəndə karantini pozanlar cərimələnib 3 Avqust 2020, 14:19 İranda koronavirusa yoluxanların sayı kəskin artdı 3 Avqust 2020, 14:16 Karantin qaydalarını pozan daşıyıcılara XƏBƏRDARLIQ 3 Avqust 2020, 14:02 Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI 3 Avqust 2020, 13:57 Gəncədə 38 yaşlı kişi meyiti tapılıb 3 Avqust 2020, 13:45 Sabiq Roma papası ağır xəstələnib 3 Avqust 2020, 13:34 Sabahın hava PROQNOZU - Külək, yağış, leysan... 3 Avqust 2020, 13:20 DİM abituriyentlərə MÜRACİƏT ETDİ 3 Avqust 2020, 13:01 Nobel mükafatçıları Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına ÇAĞIRIŞ 3 Avqust 2020, 12:49 DİN Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 3 Avqust 2020, 12:18 Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI 3 Avqust 2020, 12:09 Erməni təxribatı - Azərbaycan Konsulluğundan UFC prezidentinə etiraz  3 Avqust 2020, 12:05 Xızıda poçtun seyfini yaran şəxs tutulub 3 Avqust 2020, 11:40 Həftəsonu 3 nəfər yol qəzalarında ölüb 3 Avqust 2020, 11:27 Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun nəticələri açıqlanıb 3 Avqust 2020, 11:25 Bakıda sosial məsafə gözləməyənlər, maska taxmayanlar CƏRİMƏLƏNDİ 3 Avqust 2020, 11:18 Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI 3 Avqust 2020, 11:03 Mənəviyyat işığında 3 Avqust 2020, 10:50 Azərbaycandakı faktiki hava şəraiti ilə bağlı AÇIQLAMA 3 Avqust 2020, 10:46 10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI 3 Avqust 2020, 10:36 Silsilə oğurluq edən şəxslər saxlanılıb 3 Avqust 2020, 10:32 Azərbaycanda istixanalar, soyuducu anbarlarla bağlı YENİLİK 3 Avqust 2020, 10:28 Heydər Əliyev Fondu 100 min aztəminatlı ailəyə qurban payı çatdırıb 3 Avqust 2020, 10:09