Modern.az

Lahıca gedənlər, maska taxın...

Lahıca gedənlər, maska taxın...

Mədəni̇yyət

21 İyun 2020, 13:14

 “Lahıc qəsəbəsi əvvəlki illərdə turizm üçün əhəmiyyətli bölgələrdən biri olub. Ona görə, pandemiya dövründə də insanların diqqətindədir. Həm xidmət personalının, həm də yerli əhalinin sağlamlığını qorumaq üçün gələn qonaqlara da maska taxmağı, sosial məsafə qaydasına əməl etməyi məsləhət görürük”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında İsmayıllı Rayon İcra Hakimiyyətinin Lahıc qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əlizadə söyləyib. O bildirib ki, icra hakimiyyətinin dəstəyi və başçının şəxsi nəzarəti ilə qəsəbədə mütəmadi maarifləndirmə, dezinfeksiya işləri aparılır:

 

“Dezinfeksiya işləri xüsusilə qəsəbəyə gələn qonaqların ziyarət etdiyi, qonaqlandığı yerlərdə həyata keçirilir. İndiyə qədər qəsəbə sakinləri arasında keçirilən bütün “COVİD 19” testləri neqativ nəticələnib. Amma Lahıc qəsəbəsinin sakini olan, sonradan burada qeydiyyatdan çıxıb, uzun illər Bakıda yaşayan bir nəfər pandemiyadan dünyasını dəyişdi. Həmin şəxsin nəşi qəsəbəyə gətirildi və İcra Hakimiyyətinin və aidiyyəti şəxslərin birbaşa nəzarəti ilə dəfn edildi.

 

Əhalidə virus testlərinin neqativ çıxması bizdə ruh yüksəkliyi yaradır. Buna baxmayaraq, bütün tədbirləri, dezinfeksiya işlərini bundan sonra da davam edəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər