Modern.az

Səhiyyə Nazirliyi təcili yardıma həkim AXTARIR

Səhiyyə Nazirliyi təcili yardıma həkim AXTARIR

29 İyun 2020, 17:41

Koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

 

Səhiyyə Nazirliyindən Modern.az-a bildirilib ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

 

Tələb olunan sənədlər:

 

Ərizə;

 

Şəxsiyyət vəsiqəsi;

 

Diplom;

 

İnternatura vəsiqəsi;

 

Sertifikat;

 

Əmək kitabçası.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır