Modern.az

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı artdı 213-ə çatdı

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı artdı 213-ə çatdı

29 İyun 2020, 22:29

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 558 nəfər test edilib.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək  ölkədə 475 525 nəfər koronavirusa qarşı test edilib.

 

Ölkədə 544 yeni yoluxma, 8 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 16 968  nəfər virusa yoluxub, 206 nəfər  ölüb, 9 369  nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 7 393  nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 213 nəfər müalicə alır, 36 nəfər isə süni tənəffüs cihazına qoşulub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi