Modern.az

ABŞ-da bir gündə 45 minə yaxın yoluxma qeydə alındı

ABŞ-da bir gündə 45 minə yaxın yoluxma qeydə alındı

30 İyun 2020, 09:18

ABŞ-da yeni növ koronavirusa (COVID-19) yoluxma halı artmaqda davam edir. 

 

Modern.az xəbər verir ki, ötən sutka bu ölkədə 44 734 nəfərdə infeksiya aşkarlanıb, 346 nəfər pandemiya qurbanı olub.

 

Bununla da ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 2 681 811-ə, ölənlərin sayı isə 128 783-ə yüksəlib. Yoluxanlardan 1 117 177-si sağalıb, 1 435 851 xəstənin müalicəsi davam edir.

 

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm sayına görə dünya lideridir.

 

T.İSMAYIL

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?