Modern.az

Koronavirus bu ölkələrə yenidən QAYITDI

Koronavirus bu ölkələrə yenidən QAYITDI

30 İyun 2020, 10:13

Koronavirus (COVID-19) dünyanın daha bir ölkəsinə “geri qayıdıb”.

 

Modern.az xəbər verir ki, bir müddət öncə koronavirusdan qurtulan Arubada 2 nəfərdə infeksiya aşkarlanıb. 

 

Qeyd edək ki, pandemiya ilə vidalaşdığını elan etmiş Seyşel Adaları, Törks və Kaykos adaları, Monteneqro, Yeni Zelandiya, Qərbi Saxara, Papua-Yeni Qvineya, Beliz, Makao, Fransa Polineziyası, Cəbəllütariq və Kanal adalarında da sonradan koronavirusa yoluxmalar baş verib. Təkcə ötən sutka Monteneqroda 20 nəfərdə virus aşkarlanıb.

 

Xatırladaq ki, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Sen Kits və Nevis Federasiyası, Montserrat, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Britaniya Vircin Adaları, Men adası, Qrenlandiya, Fici Aadaları Respublikası, VatikanLaos, QvadelupaSint-MartenBruneyQrenada, DominikaLixtenşteyn, San-Marino Respublikası, Sent-Vinsent və Qrenadin və Barbadosda koronaviruslu xəstə qalmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ölkə və əraziləri koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

  

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır