Modern.az

Avropa İttifaqı 14 ölkə ilə sərhədləri açır

Avropa İttifaqı 14 ölkə ilə sərhədləri açır

Dünya

30 İyun 2020, 22:32

Avropa İttifaqı iyulun 1-dən etibarən 14 ölkə ilə sərhədlərin açılması prosesinə başlayacaq.

Modern.az  xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında bildirilib.

Həmin ölkələrin siyahısına Əlcəzair, Avstraliya, Kanada, Gürcüstan, Monteneqro, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tailand, Tunis və Uruqvay daxildir.

Sənəddə qeyd olunur ki, Çin Avropa İttifaqı vətəndaşları üçün sərhədləri açacağı təqdirdə bu siyahıya daxil ediləcək.

Rusiya və ABŞ-la sərhədlərin açılması məsələsi hələlik gündəmdə deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir