Modern.az

İran “nüvə sazişi” ilə bağlı ABŞ-a sərt xəbərdarlıq edib

İran “nüvə sazişi” ilə bağlı ABŞ-a sərt xəbərdarlıq edib

1 İyul 2020, 12:28

İran prezidenti Ruhani ABŞ-ı “nüvə sazişi” –ni pozmamağa dəvət edib.

Modern.az  xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Tehranda keçirilən Nazirlər Şurasının iclasından sonra İran prezidenti gündəmdəki hadisələrlə bağlı açıqlamalarla çıxış edib.

 

Ölkə prezidenti ABŞ-a nüvə sazişi ilə bağlı yeni addımlar atmamaqla bağlı sərt xəbərdarlıq edib:

"ABŞ bu günə qədər nüvə sazişinə zərbə vurub. Biz bəzi öhdəliklərimizi də dayandırdıq və dözdük. ABŞ nüvə sazişinə siyasi baxımdan  zərbə vurmaq istəsə, İran buna sakit yanaşmayacaq və sərt addımlar atacaq"- deyə Ruhani bildirib.

 

Xatırladaq ki, sözügedən saziş 2015-ci ildə İranla ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında imzalanıb. Sazişə görə nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı, bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi.

Əvəzində isə sanksiyalar aradan qaldırılmış və İran hökumətinin əsas gəlir mənbəyi olan neft ixracatına icazə verilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir