Arxiv
1 İyul 2020, 18:22 | AKTUAL
Azərbaycanda qaçqın statusu almaq istəyən əcnəbilər üçün qaydalar DƏYİŞDİRİLDİ

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi (BMT QAK) arasında razılaşmalara uyğun olaraq, təşkilat 1 iyul 2020-ci il tarixdən etibarən Azərbaycanda beynəlxalq himayə üçün müraciət edən şəxslər barəsində qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun həyata keçirilməsini dayandırdığını elan edir.

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyindən Modern.az-a bildirilib ki, buna görə də, 1 iyul 2020-ci il tarixdən başlayaraq sığınacaq üçün müraciət edən şəxslərin vəsatətlərinə yalnız Dövlət Miqrasiya Xidməti və milli məhkəmələr tərəfindən baxılacaq, BMT QAK tərəfindən isə artıq baxılmayacaq. Analoji olaraq, BMT QAK 1 iyul 2020-ci il tarixdən etibarən sığınacaq üçün müraciət edən şəxslərə himayə sənədi verməyəcək. Bu dəyişikliklər qeyd olunan tarixədək sığınacaq üçün müraciət etmiş sığınacaq axtaranlara BMT QAK tərəfindən aparılan qeydiyyat və ya sənədləşdirmə baxımından mənfi təsir göstərməyəcək. BMT QAK sərəncamında olan maliyyə resursları çərçivəsində aidiyyətində olan şəxslərin himayəsi və onlara yardımı sahəsində müntəzəm fəaliyyətlərini davam etdirəcək.

 

Ötən illər ərzində məhsuldar əməkdaşlıq, texniki dəstək və potensialın artırılması fəaliyyətləri nəticəsində milli sığınacaq prosedurlarında beynəlxalq standartlara uyğun bir sıra pozitiv irəliləyişlər əldə olunmuşdur ki, bu da qaçqınların himayə olunmasında və onlar üçün davamlı həll yollarının təmin edilməsində hökumətin mühüm rolunu bir daha vurğulayır. Bununla belə, Azərbaycanın sığınacaq sisteminin beynəlxalq standartlara uyğun hala gətirilməsi hələ başa çatmayıb. Belə ki, münaqişə və təqib səbəbindən ölkələrini tərk edənlər uçun bu ölkədə adekvat himayə şəraitini təmin etmək üçün Azərbaycanın dövlət orqanları tərəfindən əlavə tədbirlərin görülməsinə ehtiyac var.

BMT QAK yuxarıda qeyd edilən sahələrdə Azərbaycan hökuməti ilə mövcud əməkdaşlığı daha da gücləndirməyə hazırdır və bu təşkilatın mandatının şamil olunduğu şəxslərin problemlərinin həlli sahəsində dəstəyini davam etdirəcək.T QAK-ın Azərbaycan nümayəndəliyi qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunda dəyişiklik edib

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – bu dəfə Qarabağda - TƏHLİL 3 Avqust 2020, 15:44 Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı 3 Avqust 2020, 15:32 Ermənilər Müdafiə Nazirliyinin adına saxta "twitter" hesabı açıb - XƏBƏRDARLIQ 3 Avqust 2020, 15:23 Rusiyada virusa yoluxanların sayı 850 mini keçdi 3 Avqust 2020, 14:58 İtaliya Azərbaycana tibbi missiya göndərir 3 Avqust 2020, 14:40 “EduHack” hakatonu yekunlaşdı: Distanttəhsil problemlərinə qarşı 18 innovativ təqdimat 3 Avqust 2020, 14:25 Siyəzəndə karantini pozanlar cərimələnib 3 Avqust 2020, 14:19 İranda koronavirusa yoluxanların sayı kəskin artdı 3 Avqust 2020, 14:16 Karantin qaydalarını pozan daşıyıcılara XƏBƏRDARLIQ 3 Avqust 2020, 14:02 Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI 3 Avqust 2020, 13:57 Gəncədə 38 yaşlı kişi meyiti tapılıb 3 Avqust 2020, 13:45 Sabiq Roma papası ağır xəstələnib 3 Avqust 2020, 13:34 Sabahın hava PROQNOZU - Külək, yağış, leysan... 3 Avqust 2020, 13:20 DİM abituriyentlərə MÜRACİƏT ETDİ 3 Avqust 2020, 13:01 Nobel mükafatçıları Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına ÇAĞIRIŞ 3 Avqust 2020, 12:49 DİN Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 3 Avqust 2020, 12:18 Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI 3 Avqust 2020, 12:09 Erməni təxribatı - Azərbaycan Konsulluğundan UFC prezidentinə etiraz  3 Avqust 2020, 12:05 Xızıda poçtun seyfini yaran şəxs tutulub 3 Avqust 2020, 11:40 Həftəsonu 3 nəfər yol qəzalarında ölüb 3 Avqust 2020, 11:27 Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun nəticələri açıqlanıb 3 Avqust 2020, 11:25 Bakıda sosial məsafə gözləməyənlər, maska taxmayanlar CƏRİMƏLƏNDİ 3 Avqust 2020, 11:18 Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI 3 Avqust 2020, 11:03 Mənəviyyat işığında 3 Avqust 2020, 10:50 Azərbaycandakı faktiki hava şəraiti ilə bağlı AÇIQLAMA 3 Avqust 2020, 10:46 10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI 3 Avqust 2020, 10:36 Silsilə oğurluq edən şəxslər saxlanılıb 3 Avqust 2020, 10:32 Azərbaycanda istixanalar, soyuducu anbarlarla bağlı YENİLİK 3 Avqust 2020, 10:28 Heydər Əliyev Fondu 100 min aztəminatlı ailəyə qurban payı çatdırıb 3 Avqust 2020, 10:09 Oğuzda kriminal aləmə yaxın qohumlar polisə atəş açıb - FOTOALAR 3 Avqust 2020, 10:06 Bakıda iki sərnişin avtobusu toqquşub, yaralanan var - FOTO - YENİLƏNİB 3 Avqust 2020, 09:55 Jurnalist ÖLDÜRÜLDÜ 3 Avqust 2020, 09:46 Ermənilər yenidən kəndlərimizi atəşə tutdular - Müdafiə Nazirliyi 3 Avqust 2020, 09:20 Bakıdan konsul göndərilən jurnalistlər - 7 diplomatdan 5-i… 3 Avqust 2020, 09:00 Nardaranda dənizdə boğulanın kimliyi bilindi 3 Avqust 2020, 08:57