Modern.az

Ərdoganla Merkel telefonla danışdı

Ərdoganla Merkel telefonla danışdı

2 İyul 2020, 08:21

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr üzrə İdarəsi bildirib.

 

Məlumata görə, tərəflər regional problemləri, ilk növbədə Liviya və Suriyadakı proseslərin inkişafını müzakirə ediblər.

 

Liderlər həmçinin yeni koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Danışıqların gedişatında ikitərəfli əlaqələrin vəziyyətinə aid olan məsələlərə də toxunulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir