Arxiv
2 İyul 2020, 16:18 | AKTUAL
Dövlət İmtahan Mərkəzi saxtakarlara ETİRAZ ETDİ

Dövlət İmtahan Mərkəzi (DİM) sosial şəbəkələrdə qurumun adından saxta səhifə hesabları yaradanlarla bağlı müraciət edib.

 

Mərkəzdən Modern.az-a bildirilib ki, son vaxtlar yenə də “Facebook” və xüsusilə “Instagram” sosial şəbəkələrində DİM-in icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla bir neçə saxta səhifə və qrup yaradılıb.

 

"Bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, dövlət qulluğuna qəbul, müxtəlif hazırlıq kurslarının reklamı, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirilir. Bəzi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər özlərini DİM əməkdaşları kimi təqdim edirlər. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. İstifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər. Bir daha sosail şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı tövsiyə edirik".

 

DİM-dən qeyd edilib ki, Azərbaycan Respublikasının “Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.

 

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Dövlət İmtahan Mərkəzinin 195 mindən artıq izləyicisi olan “Facebook” (https://www.facebook.com/stateexamcenter/ ) və 27 mindən artıq izləyicisi olan “Instagram” (https://www.instagram.com/stateexamcenter/) hesabı fəaliyyət göstərir.  Bundan əlavə, Mərkəzin “Twitter” (https://twitter.com/stateexamcenter) və “Telegram” (https://t.me/stateexamcenter) hesabları da mövcuddur. İstifadəçilərdən yalnız yuxarıda qeyd olunan səhifələri izləməyi və burada verilən məlumatlara istinad etməyi tövsiyə edirik", - məlumatda bildirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda stilist intihar etdi - FOTO 4 Avqust 2020, 00:51 Bakıda 38 yaşlı kişi bıçaqlandı 4 Avqust 2020, 00:34 Bu ölkədə hər gün 50 min insan koronavirusa yoluxur 4 Avqust 2020, 00:23 Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru çətinləşir 4 Avqust 2020, 00:06 Salyandakı zəncirvari qəzada baş həkim ağır xəsarət aldı   3 Avqust 2020, 23:56 Qarabağ BMT idarəçiliyinə verilsin - Amerikalı diplomat 3 Avqust 2020, 23:45 Samur-Abşeron kanalından meyit tapıldı 3 Avqust 2020, 23:33 Uçan taksi sınaqdan keçirildi - VİDEO 3 Avqust 2020, 23:18 İrəvanın qəbul edilən gerbinin mənası... 3 Avqust 2020, 23:07 Jurnalist onu mühafizə edən polislə birgə GÜLLƏLƏNDİ 3 Avqust 2020, 22:47 Gəncədə yataqxanada qadın bıçaqlandı 3 Avqust 2020, 22:34 Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR 3 Avqust 2020, 22:26 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53