Arxiv
3 İyul 2020, 13:18 | AKTUAL
AzTV koronavirusla bağlı ittihamlara CAVAB VERDİ

“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin iki əməkdaşı son iki gündə koronavirusdan vəfat edib. Allahdan hər iki əməkdaşımıza rəhmət diləyir, ailələrinə başsağlığı veririk.

Bu, yalnız 3000 əməkdaşı olan AzTV ailəsi üçün deyil, ölkəmiz, jurnalistikamız üçün itkidir. Çünki həm Samir Nemətzadə, həm də Etibar Babayev illərin rejissoru, televiziya mütəxəssisi idi”.

Bu barədə AzTV-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

“Ard-arda baş verən ölüm hallarından sonra bəzi şəxslərin, sosial şəbəkə istifadəçilərinin QSC rəhbərliyini qınamasına, dezinfeksiya tədbirləri görməklə bağlı çağırışlarına cavab olaraq bir neçə vacib məqamı qeyd etmək istəyirik:

-              QSC-nin həyəti və iş otaqları, studiyalar həftədə ən azı 1-2 dəfə xüsusi maşınlar, aparatlarla dezinfeksiya olunur;

-              Polis əməkdaşları qapıdan QSC ərazisinə daxil olan işçilərin hərarətini ölçür və hərarəti yüksək olan əməkdaşlar dərhal geri qaytarılır;

-              Şirkət daxilində hər kəs maskadan istifadə edir, maarifləndirmə işləri aparılır və s.

Bundan əlavə, QSC-nin nəzdində üç televiziya kanalı fəaliyyət göstərir və onların işini minimal şərtlər daxilində belə təmin etmək üçün kənar çəkilişlər, qonaqların dəvət olunması mütləqdir. Bu səbəbdən hazırda 3000 əməkdaşdan yalnız 1000 nəfəri iş başındadır. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı 02.07.2020-ci il tarixli qərarından sonra işçi sayı bir qədər də azaldılıb.

Bir sözlə, əməkdaşların QSC daxilində virusdan qorunması üçün lazım olan bütün tədbirlər həyata keçirilir, bundan sonra da ediləcək.

Onu da vurğulamaq istərdik ki, koronavirus tək Azərbaycanın və ya AzTV-nin bəlası deyil. Bu, dünyanı bürüyən qlobal bəladır. Hər gün virusa yoluxan 600-ə yaxın vətəndaşımız və ya vəfat edən 10-a yaxın soydaşımız da hansısa idarənin, qurumun əməkdaşıdır. Bu səbəbdən belə həssas mövzu ilə bağlı hansısa quruma və ya idarəyə qarşı “koronavirus ittihamı” irəli sürənlərin qərəzli olduğunu hesab edirik.

AzTV olaraq bütün vətəndaşlarımızdan xahiş edirik ki, indiki məqamda həmrəylik və məsuliyyət sərgiləyək, koronavirusdan həyatını itirmiş bütün vətəndaşlarımızın ruhuna hörmətlə yanaşaq və yaşananları oyun bilməyək”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboyda ölümlə nəticələnən yol qəzası 17 İyun 2021, 00:44 Azərbaycan və Rusiya parlamentləri arasında iş planı imzalandı 17 İyun 2021, 00:30 Bakıda çimərlikdə kütləvi dava - bıçaqlananlar var 17 İyun 2021, 00:18 Depay "Barselona"ya keçir 17 İyun 2021, 00:04 Ramos "Real"dan getdi 16 İyun 2021, 23:50 Paytaxtda piyadanı maşın vurdu 16 İyun 2021, 23:42 Qaret Beyl Bakıdakı matçın ən yaxşısı seçildi 16 İyun 2021, 23:28 Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO 16 İyun 2021, 23:15 Azərbaycan və Türkiyə prezidentləri Bakıda futbol matçında - FOTO 16 İyun 2021, 23:04 İki ayın gəlini itkin düşdü - FOTO 16 İyun 2021, 22:56 Türkiyədə yoluxanlar çoxaldı 16 İyun 2021, 22:49 Samuxda 13 sürücü cəzalandırıldı - FOTO 16 İyun 2021, 22:37 Bayden rusiyalı həmkarına eynək bağışladı 16 İyun 2021, 22:24 Lerikdə ayı kəndə hücum etdi 16 İyun 2021, 22:13 Liderlər bəyanat verdi: "Nüvə müharibəsində qalib ola bilməz" 16 İyun 2021, 22:03 Türkiyə millisindən daha bir məğlubiyyət 16 İyun 2021, 21:55 Güləşçilərimiz Avropa çempionatında 4 medal qazandı 16 İyun 2021, 21:42 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyanat yaydı 16 İyun 2021, 21:31 Laçında iki sərhədçimiz həlak oldu - FOTO 16 İyun 2021, 21:18 Ərdoğanın Milli Məclisdəki çıxışının TAM MƏTNİ 16 İyun 2021, 21:14 Putin Baydenlə danışıqları konstruktiv adlandırdı 16 İyun 2021, 21:01 Şuşa Bəyannaməsi tarixi sənəddir - Deputat 16 İyun 2021, 20:47 Prezidentlər Türkiyə - Uels matçını izləyir 16 İyun 2021, 20:35 Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu 16 İyun 2021, 20:22 Teledərslərin sabaha olan CƏDVƏLİ 16 İyun 2021, 20:18 Türkiyə - Uels matçı başlayıb 16 İyun 2021, 20:05 Putin-Bayden görüşü başa çatdı 16 İyun 2021, 19:42 Azərbaycanın xarici ticarət dövriyyəsi artır 16 İyun 2021, 19:33 Türk Şurasının Baş katibindən Şuşa Bəyannaməsi ilə bağlı BƏYANAT 16 İyun 2021, 19:14 Ərdoğan Monitorinq Mərkəzinin türkiyəli hərbçiləri ilə Bakıda görüşüb 16 İyun 2021, 18:55 Bakıda restoran icarədarı 4000 manat cərimələndi 16 İyun 2021, 18:41 Ərdoğan Bakıda Türk şəhidliyini ziyarət etdi - FOTO 16 İyun 2021, 18:28 Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor satmağa icazə verilib 16 İyun 2021, 18:16 Ərdoğan Gürcüstanla Rusiya arasında vasitəçilik təklif etdi 16 İyun 2021, 18:07 İcra başçısının müavini övladına toy edib? - DİN-dən açıqlama 16 İyun 2021, 18:00
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?