Arxiv
3 İyul 2020, 13:10 | AKTUAL
Hüseynov qardaşlarının anasının erməni Yevgeniya Ovanesova olduğu ortaya çıxdı - FOTO - VİDEO

Yaxın günlərdə 1news.az saytının redaksiyasına mənbələrimizdən birindən sensasiyalı müraciəti daxil olub.

 

Məlumat kifayət qədər ciddi olduğundan, yayımlamadan əvvəl məlumatların etibarlılığını yoxlamaq qərarına gəldik və yalnız onların həqiqiliyinə əmin olduqdan sonra bu mətni çap etməyə razılaşdıq.

 

Məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

 

“Hörmətli redaksiya, hər vaxtınız xeyir!

 

Diqqətinizə təqdim edəcəyim faktların əhəmiyyətinə baxmayaraq, hələ də bu məlumatı dərc etmək qərarına gələcəyinizə şübhə edirəm – məlumat çox sensasiyalıdır. Lakin buna baxmayaraq, əminəm ki, faktlar oxucularınızı maraqlandıracaq.

 

Beləliklə, əvvəlcə qeyd edim ki, bu, özlərini demokratiya və azərbaycanlıların hüquqları uğrunda fəal mübarizə aparan Emin və Mehman Hüseynovlar qardaşlarına aiddir.

 

Və daha dəqiq desək – onların valideynlərindən biri. Yəni anaları – qızlıq soyadı Bədir-zadə olan Firəngiz İbrahim qızı Hüseynova ilə bağlıdır.

 

Beləliklə, aldığım məlumatlara görə, İbrahim Bədir-zadə və Mariya Yarullayevna Taynulinanın (milliyətcə krım tatarı) qızları Firəngiz Bədir-zadə həqiqətən də onlar tərəfindən övladlığa götürülüb.

 

Arxiv sənədlərinin yoxlanılması zamanı Hüseynov qardaşlarının anasının əvvəlcə “Yevgeniya Qriqoryevna Ovanesova” adını daşıdığını aşkar etdim.

 

Doğum haqqında şəhadətnamədə erməni Arfeniya Sergeyevna Ovanesova anası olaraq göstərilir. Atasının adının qarşısı boşdur (çox güman ki, atasının adının qarşısına “Qriqoryevna” sonradan əlavə edilib).

 

Həqiqətdə isə, Yevgeniya Ovanesova yuxarıda göstərilən İbrahim Bədir-zadə və Mariya Taynulina tərəfindən övladlığa götürülüb. Bu baxımdan keçmiş soyadı Ovanesovanın üzərindən xətt çəkilərək Bədir-zadə ilə əvəz olunub (sənədlərin surətlərini əlavə edirəm).

 

1967-ci ildə, 20 yaşı olanda Yevgeniya Kustana şəhərinin (Qazaxıstan) nikah dairəsində qeyd edildiyi kimi, adını Firəngiz olaraq dəyişdirib.

 

Beləliklə, belə bir maraqlı vəziyyət ortaya çıxır – demək olar ki, "Azərbaycanda demokratiya uğrunda mübarizə aparan" iki əsas nəfərin anası erməni imiş. Bu da ictimaiyyətdən ciddi şəkildə gizlədilib.

 

Bunların Azərbaycan uğrunda mübarizəkar olmaları ritorik sual doğurur. Emin Hüseynovun Varşavada ATƏT/DTİHB tədbiri zamanı verdiyi açıqlamada “azərbaycanlılar Dağlıq Qarabağdakı müharibə zamanı erməni jurnalistlərini qətlə yetiriblər”  ifadəsini xatırlayırıq və buna göz yummamalıyıq.

 

Sonra E.Hüseynov əlavə etdi ki, guya azərbaycanlılar  “ermənilərlə sülh şəraitində yaşamaq istəyirlər, amma hakimiyyət bunlara imkan vermir”. Bu alovlu çıxışdan sonra erməni iştirakçıları, o cümlədən Ermənistan səfiri Edqar Vardanyan Hüseynovu ayaqüstə alqışladılar.

 

Yeri gəlmişkən, xatırlamırıq ki, Eminin kiçik qardaşı, özünü demək olar ki, “millətin vicdanı” adlandıran Mehman Hüseynov öz fəaliyyətində Dağlıq Qarabağın erməni təcavüzkarları tərəfindən işğalına diqqət yetirsin. “Çox şanslı təsadüfdən” o, yalnız daxili auditoriyaya etdiyi çoxsaylı çıxışlarında deyil, xaricdə keçirilən tədbirlərdə də bu mövzundan yan keçir.

 

Bütün bunların fonunda, Qarabağla bağlı alovlu çıxışları ilə tanınan, Yevgeniya Ovanesovanın dəfn mərasimində “bu qadının Azərbaycanın iki əsl vətənpərvərini necə yetişdirməsi” ilə bağlı təriflər səsləndirən müxalif AXCP sədri Əli Kərimli çox gülünc görünür.(1news.az)

 

 

Beləliklə, nəticədə analarının milliyəti ilə bağlı məlumatı Hüseynov qardaşları necə şərh edəcəklər?

 

Yaşayarıq, görərik.

 

Hörmətlə və bu materialın nəşrinə ümidlə”.

 

Firəngiz Bədir-zadənin doğum haqqında şəhadətnaməsi (Yevgeniya Ovanesova)

 

 

Firəngiz Bədir-zadənin (Yevgeniya Ovanesova) övladlığa götürülmə aktı

 

 

 

Tərcümə: S.Xankişiyeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belçika Rusiyanı darmadağın etdi 13 İyun 2021, 01:06 Paşinyan gülünc vəziyyətə düşdü 13 İyun 2021, 01:00 ABŞ nüvə silahı saxlanılan aviabazalarının sayını artıracaq 13 İyun 2021, 00:49 Gəncə sakini yumruq zərbəsindən öldü 13 İyun 2021, 00:38 Paşinyan Ermənistana qaytarılan hərbçilərin adını açıqladı 13 İyun 2021, 00:25 ABŞ-da atışma - ölən və yaralananlar var 13 İyun 2021, 00:08 Mehriban Əliyeva Uels-İsveçrə matçından paylaşım etdi 12 İyun 2021, 23:57 “Kristian futbolu möhtəşəm oynayır” - UEFA prezidenti 12 İyun 2021, 23:51 Danimarka Finlandiyaya məğlub oldu - AVRO-2020 12 İyun 2021, 23:38 Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi 12 İyun 2021, 23:32 “Azərbaycan və Ermənistan arasındakı razılaşmaya görə Qaribaşvilini təbrik edirəm” - Prezident 12 İyun 2021, 23:22 Azərbaycanlı kino aktyoru vəfat etdi 12 İyun 2021, 23:10 “Ərdoğanın Şuşaya ziyarəti üçün hazırlıqlarımız davam edir” - Türkiyə səfiri 12 İyun 2021, 23:03 PKK Afrini atəşə tutdu - çox sayda ölən və yaralanan var 12 İyun 2021, 22:51 Bakıda piyadanı maşın vurdu 12 İyun 2021, 22:34 Danimarka – Finlandiya matçı ilə bağlı qərar verildi 12 İyun 2021, 22:20 ABŞ azad edilən ermənilərə görə Gürcüstana minnətdarlıq etdi 12 İyun 2021, 22:15 “Sərbəst buraxılan ermənilər artıq ailələrinin yanındadır” 12 İyun 2021, 22:04 Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi - EKSKLÜZİV- FOTOLAR 12 İyun 2021, 22:01 Mina xəritələri informasiya müharibəsində Azərbaycanın xeyriişləyəcək - ŞƏRH 12 İyun 2021, 21:56 “Azərbaycan və Ermənistanın jestlərini alqışlayıram” - Şarl Mişel 12 İyun 2021, 21:46 UEFA-dan Kristian Eriksenlə bağlı açıqlama 12 İyun 2021, 21:35 Vilayət Eyvazovdan yeni təyinat 12 İyun 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 12 İyun 2021, 21:09 Danimarkalı futbolçunun ürəyi dayandı - oyun təxirə salındı 12 İyun 2021, 20:56 BMT Baş katibi Consonla müzakirələr apardı 12 İyun 2021, 20:48 "15 erməni mənim və Filip Rikerin iştirakı ilə buraxılıb" - Gürcüstanın baş naziri 12 İyun 2021, 20:33 Şəhriyar Məmmədyarov liderliyini qorudu 12 İyun 2021, 20:20 “İstədiyimiz qədər azarkeş yox idi” - Uels millisinin baş məşqçisi  12 İyun 2021, 20:09 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı 12 İyun 2021, 19:54 Prezident və Birinci xanım Uels-İsveçrə oyununa baxdılar - FOTO 12 İyun 2021, 19:48 Ermənistana qaytarılan ermənilərin FOTOSU yayıldı 12 İyun 2021, 19:40 Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək 12 İyun 2021, 19:32 Türkiyə millisi Bakıya gəldi 12 İyun 2021, 19:22 İlham Əliyev müqaviləni təsdiqlədi 12 İyun 2021, 19:12
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?