Modern.az

Ramin Bayramlı jurnalistlər və həkimlərin yoluxmasından danışdı

Ramin Bayramlı jurnalistlər və həkimlərin yoluxmasından danışdı

3 İyul 2020, 18:03

Təəssüf ki, son günlər jurnalistlər arasında kütləvi yoluxma halları var. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramılı deyib ki, kütləvi informasiya vasitələrinin əməkdaşları həkimlərlə çiyin-çiyinə çalışırlar: "Bu səbəbdən də bu gün brifinqdə iştirak edən jurnalistlər test olunublar".

O həmçinin bildirib ki, həkimlər arasında da yoluxma çoxdur:

"Onlar arasında yoluxanlar isə pandemiya xəstəxanalarında çalışanlar deyil. Bu gün Mərkəzi Neftçilər Xəstəxanasının 7 əməkdaşında virus aşkarlanıb ki, onlardan 3 nəfəri ailədə yoluxub".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir