Modern.az

İyulun 5-dən sonra SMS-lə icazə alanda avtomobil də qeyd olunmalıdır - TƏLƏB

İyulun 5-dən sonra SMS-lə icazə alanda avtomobil də qeyd olunmalıdır - TƏLƏB

3 İyul 2020, 18:00

“İnsanlar hazırda SMS-lə yalnız özlərinə icazə alırlar”.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət)sədri Ülvi Mehdiyev bildirib.

 

Ü.Mehdiyev qeyd edib ki, artıq normativ aktların üzərində SMS-lə icazə alınarkən avtomobilin də ora daxil edilməsi ilə bağlı iş gedir:

 

“5 iyuldan insanlar SMS-lə icazə alarkən avtomobillərini də daxil etməlidir. Artıq bununla bağlı normativ hüquqi aktlar hazırlanır. Qanunvericilik icazə verəndən sonra bu sahədə tənzimləmə həyata keçiriləcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi