Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu iyulun 4-də qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edib.
Nəticələrə görə, yeni siyahıda yer alan 18 qəzet qalib hesab edilib.
Modern.az xəbər verir ki, indiyədək KİVDF-dən ən yüksək məbləğdə maliyyə yardımı alan “Mövqe” qəzeti siyahıdan kənarda qalıb.
Qeyd edək ki, “Mövqe” qəzeti KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərliyə məxsusdur.