Modern.az

Çeçen mühacir Avropada öldürüldü

Çeçen mühacir Avropada öldürüldü

5 İyul 2020, 17:59

Dünən Avstriyanın Gerasdorf-bay-Vin şəhərində yerli vaxtla saat 19:30-da qətl hadisəsi baş verib.

 

Modern.az Musavat.com-a istinadla xəbər verir ki, öldürülən şəxs vaxtilə bu ölkədən siyasi sığınacaq istəmiş çeçen mühacirdir.

 

Qurbanın üzərindən Rusiya pasportunun çıxdığı bildirilir.

 

Avstriya polisinin nümayəndəsi Valter Şvartsenegerin mətbuata açıqlamasına əsasən, ölən şəxsin 43 yaşı olub. Onun sözlərinə görə, qatil də Rusiya vətəndaşıdır.

 

“OE24” kanalının məlumatına görə, hüquq-mühafizə orqanları qətli törədən şəxsi yaxalamağa müvəffəq olublar. Onun avtomobili Lints şəhərində saxlanıb. Həmin adamın həbs zamanı müqavimət göstərmədiyi qeyd olunur.

 

Azadlıq radiosunun Rusiya bölməsi qurbanın kimliyini də müəyyənləşdirməyə müvəffəq olub. O, Çeçenistan sakini Mamixan Umarovdur. Mamixan Umarov Yutub kanalnda “Anzor iz Venı” adı ilə Çeçensitanın hazırkı rəhbəri Ramzan Kadırovu tənqid edən çıxışları ilə tanınıb. Çeçen mübariz burada Rusiya xüsusi xidmət orqanlarının siyasi mühacirləri və keçmiş “İçkeriya Respublikası”na mənsub xadimləri izlətdirdiyini deyirmiş.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?