Modern.az

DTX-nın həbs etdiyi şöbə rəisi müğənni Səfurə Əlizadənin atasıdır -VİDEO

DTX-nın həbs etdiyi şöbə rəisi müğənni Səfurə Əlizadənin atasıdır -VİDEO

Mədəni̇yyət

6 İyul 2020, 16:10

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyindən (XİN) həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində həbs edilən XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə ilə bağlı maraqlı detal məlum olub.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, S.Əlizadə hamının “Yeni ulduz” müsabiqəsindən yaxşı tanıdığı müğənni Səfurə Əlizadənin atasıdır.

 

Onu da qeyd edək ki, Səlim Əlizadə mərhum energetika naziri Natiq Əliyevin qudasıdır. Səfurə Əlizadə 5 iyul 2013-cü ildə Bodrumda sabiq Energetika Naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə ailə həyatı qurub.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi