Arxiv
7 İyul 2020, 11:35 | DİASPOR
Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasından 2 il ötür  

Azərbaycan diaspor təşkilatlarının və üzvlərinin fəaliyyətinə dəstək verilməsi, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsinin gücləndirilməsi və bu sahəyə dövlət dəstəyinin təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin fərmanına əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. 

 

Modern.az xəbər verir ki, fond fəaliyyətə başladığı gündən etibarən 112 diaspor təşkilatı və 98 fiziki şəxs Fondun elektron sistemində qeydiyyatdan keçib. Bu günədək təşkilatların təqdim etdiyi 92 layihədən 44-ü,  fiziki şəxslərin təqdim etdiyi 53 layihədən 17-i maliyyələşdirilib. 

 

Fondun fəaliyyətinin daha geniş miqyasda tanıdılması və məlumatlılığın artırılması məqsədilə 20-dən çox ölkədə təqdimat keçirilib.

 

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin təşkilatlanması, diaspor fəaliyyətinə cəlb edilməsi Fondun prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdən biri də Azərbaycan diasporunun gənc nümayəndələrinin yay düşərgəsi layihəsi çərçivəsində bir araya gətirilməsidir. Azərbaycan Diasporuna Dəstək Fondu Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində, peşəkar və güclü diaspor fəaliyyəti ilə bağlı bilik və səriştənin artırılması, diaspor gənclərinin yerli, milli və beynəlxalq səviyyədə təbliğat, siyasət və qərar qəbuletmə  strukturlarında iştirak potensialının artırılması məqsədilə Avropada yaşayan gənclər üçün Belçika Krallığında fəaliyyət göstərən Avropa institutları və beyin mərkəzlərində təcrübə proqramı təşkil edib. Bu istiqamətdə atılan digər bir addım isə 2 fevral – Gənclər Günü münasibətilə Vyanada Azərbaycan diaspor gənclərinin görüşü layihəsidir. “Milli kimlik və diaspor siyasəti”, “Sahibkarlıq və innovasiya”, “Əməkdaşlıq və təhsil” üzrə mövzuların yer aldığı tədbirdə ABŞ-dan Çinə qədər geniş coğrafi əraziyə yayılmış 60 nəfər azərbaycanlı gənc iştirak edib.

 

Bütün dünyada yayılan COVİD-19 pandemiyasının yaratdığı dərin böhran dövründə Fond xüsusi olaraq fəaliyyət göstərib. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən ünvanlanan müraciətlərə əsasən Kanadadan Tailanda qədər maddi yardımlar həyata keçirilib, “Biz birlikdə güclüyük” adı altında virtual intellektual oyun və silsilə konsert proqramları təşkil olunub. 

 

28 may 2020-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə “Mühacirlər” layihəsi reallaşdırılıb. Azərbaycan Demokratik Respublikasının qurucularının, ictimai-siyasi xadimlərin və görkəmli ziyalıların fəaliyyətləri haqqında hazırlanan videoçarxlar Fondun sosial şəbəkə hesabları üzərindən yayımlanıb. 

 

Azərbaycan Diasporuna Dəstək Fondu bundan sonra da  dünya azərbaycanlılarının şəbəkələşməsi, vahid platforma üzərində cəmləşməsi üçün yeni layihlər reallaşdırmaqda davam edəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belçika Rusiyanı darmadağın etdi 13 İyun 2021, 01:06 Paşinyan gülünc vəziyyətə düşdü 13 İyun 2021, 01:00 ABŞ nüvə silahı saxlanılan aviabazalarının sayını artıracaq 13 İyun 2021, 00:49 Gəncə sakini yumruq zərbəsindən öldü 13 İyun 2021, 00:38 Paşinyan Ermənistana qaytarılan hərbçilərin adını açıqladı 13 İyun 2021, 00:25 ABŞ-da atışma - ölən və yaralananlar var 13 İyun 2021, 00:08 Mehriban Əliyeva Uels-İsveçrə matçından paylaşım etdi 12 İyun 2021, 23:57 “Kristian futbolu möhtəşəm oynayır” - UEFA prezidenti 12 İyun 2021, 23:51 Danimarka Finlandiyaya məğlub oldu - AVRO-2020 12 İyun 2021, 23:38 Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi 12 İyun 2021, 23:32 “Azərbaycan və Ermənistan arasındakı razılaşmaya görə Qaribaşvilini təbrik edirəm” - Prezident 12 İyun 2021, 23:22 Azərbaycanlı kino aktyoru vəfat etdi 12 İyun 2021, 23:10 “Ərdoğanın Şuşaya ziyarəti üçün hazırlıqlarımız davam edir” - Türkiyə səfiri 12 İyun 2021, 23:03 PKK Afrini atəşə tutdu - çox sayda ölən və yaralanan var 12 İyun 2021, 22:51 Bakıda piyadanı maşın vurdu 12 İyun 2021, 22:34 Danimarka – Finlandiya matçı ilə bağlı qərar verildi 12 İyun 2021, 22:20 ABŞ azad edilən ermənilərə görə Gürcüstana minnətdarlıq etdi 12 İyun 2021, 22:15 “Sərbəst buraxılan ermənilər artıq ailələrinin yanındadır” 12 İyun 2021, 22:04 Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi - EKSKLÜZİV- FOTOLAR 12 İyun 2021, 22:01 Mina xəritələri informasiya müharibəsində Azərbaycanın xeyriişləyəcək - ŞƏRH 12 İyun 2021, 21:56 “Azərbaycan və Ermənistanın jestlərini alqışlayıram” - Şarl Mişel 12 İyun 2021, 21:46 UEFA-dan Kristian Eriksenlə bağlı açıqlama 12 İyun 2021, 21:35 Vilayət Eyvazovdan yeni təyinat 12 İyun 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 12 İyun 2021, 21:09 Danimarkalı futbolçunun ürəyi dayandı - oyun təxirə salındı 12 İyun 2021, 20:56 BMT Baş katibi Consonla müzakirələr apardı 12 İyun 2021, 20:48 "15 erməni mənim və Filip Rikerin iştirakı ilə buraxılıb" - Gürcüstanın baş naziri 12 İyun 2021, 20:33 Şəhriyar Məmmədyarov liderliyini qorudu 12 İyun 2021, 20:20 “İstədiyimiz qədər azarkeş yox idi” - Uels millisinin baş məşqçisi  12 İyun 2021, 20:09 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı 12 İyun 2021, 19:54 Prezident və Birinci xanım Uels-İsveçrə oyununa baxdılar - FOTO 12 İyun 2021, 19:48 Ermənistana qaytarılan ermənilərin FOTOSU yayıldı 12 İyun 2021, 19:40 Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək 12 İyun 2021, 19:32 Türkiyə millisi Bakıya gəldi 12 İyun 2021, 19:22 İlham Əliyev müqaviləni təsdiqlədi 12 İyun 2021, 19:12
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?