Modern.az

Dağıstandan Azərbaycana daha 250 nəfər BURAXILDI

Dağıstandan Azərbaycana daha 250 nəfər BURAXILDI

Diaspor

7 İyul 2020, 14:18

Rusiyanın Dağıstan Muxtar Respublikasından Azərbaycana daha 250 vətəndaş geri dönüb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Dərbənd şəhərinin meri Fuad Şixiyev açıqlama verib.

 

“Bu gün daha 250 Azərbaycan vətəndaşı vətəninə yola salınıb. Onlar üçün əvvəllər olduğu kimi Dağıstan-Azərbaycan sərhədində xüsusi koridor təşkil olunub”.

O hazırda Dərbəndin Kullar kəndinə müvəqqəti çadır şəhərciyində 500-dən artıq Azərbaycan vətəndaşının qaldığını əlavə edib.

 

Xatırladaq ki, iyunun 30-da 250, iyunun 23-də 252 və iyunun 16-da 155 vətəndaşımız Dağıstandan Azərbaycana gətirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır