Modern.az

Bu ölkədə komendant saatı tətbiq edilir  

Bu ölkədə komendant saatı tətbiq edilir  

8 İyul 2020, 00:41

Serbiyada koronavirusla bağlı vəziyyətin gərginləşməsi səbəbindən komendant saatı tətbiq ediləcək.

Modern.az   “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Serbiya respublikasının prezidenti Aleksandr Vuçiç bəyan edib.

Onun sözlərinə görə, bu addımın atılmasında məqsəd koronavirusun yayılmasının qarşısını almaqdır:

“Bu cümədən etibarən gələn həftənin birinci gününə qədər komendant saatı tətbiq ediləcək. Bundan əlavə, çərşənbə günündən etibarən həm qapalı, həm də açıq məkanlarda beş nəfərdən çox insanın toplaşması qadağandır. Hazırda 4 minə yaxın insan COVID-19-dan müalicə alır, paytaxt Belqradda isə tibb müəssisələri demək olar ki, doludur”.

Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, ötən gün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. Bununla da pandemiya qurbanlarının sayı 330 nəfər çatıb.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 16 719 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı