Arxiv
8 İyul 2020, 14:10 | DİASPOR
“Yəhudilərin xoşbəxtliyidir ki, Azərbaycanda ən çətin sınaqlara baxmayaraq özlərinə ev tapdılar”

Bunu Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, aktyor, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü, Avropa Yəhudiləri Bakı dini  icmasının sədri Aleksandr Şarosvki “Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsi çərçivəsində  keçirilən videokonfransda deyib. Videokonfrans Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilib. “Mənim yolum” Uşaq Mərkəzinin rəhbəri və Nyu York şəhərinin dağ yəhudi icmasının nümayəndəsi Alyona Bədəlovanın moderatorluğu ilə keçirilən tədbirdə Avropa Yəhudiləri Bakı dini  icmasının sədri Aleksandr Şarovski, icmanın baş ravvini Sneor Seqal,  Diasporla İş üzrə Dövlət Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.

 

Aleksandr Şarovski Ulu Öndər Heydər Əliyevin fikirlərini xatırladaraq sözə başlayıb və qey edib ki, Heydər Əliyev hər zaman deyirdi ki, bura sizin evinizdir, burada həmişə sülh , əmin-amanlıq şəraitində yaşayacaqsınız, sizin sakit və uğurlu həyatınınz üçün bütün imkanlar olacaq. Bu böyük iş bü gün də Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

 

Avropa Yəhudiləri Bakı dini  icmasının baş ravvini Sneor Seqal bildirib ki:  “Ümumilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda yəhudilərin  həyatı çiçəkləndi və inkişaf etdi.Yəhudilər Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq modelini  hər zaman hiss edir”.

 

Videokonfransın moderatoru Alyona Bədəlova Azərbaycanda heç vaxt antisemitizm və ksenofobiyanın olmaması, xalqımızın tarix boyu multikultural dəyərlərə sahib olması, burada dini dünyagörüşündən asılı olmayaraq hər kəsin müstəqil fəaliyyət göstərməsi və rahat yaşaması barədə fikirlərini diqqətə çatdırıb. O, qeyd edib ki: “Biz Azərbaycanda yəhudi ənənələrini qoruyub saxlaya və öz övladlarımıza ötürə bilmişik”.

 

“Müxtəlif olsaq da birlikdə güclüyük” layihəsi Azərbaycandakı multikulturalizm və tolerantlıq dəyərlərini dünyada təbliğ etmək, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrdə mövqelərinin möhkəmlənməsinə töhfə vermək, ölkəmizdəki diaspor təşkilatları, icmalar, dini qurumlarla əlaqələri və tərəfdaşlığı genişləndirmək məqsədi daşıyır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belçika Rusiyanı darmadağın etdi 13 İyun 2021, 01:06 Paşinyan gülünc vəziyyətə düşdü 13 İyun 2021, 01:00 ABŞ nüvə silahı saxlanılan aviabazalarının sayını artıracaq 13 İyun 2021, 00:49 Gəncə sakini yumruq zərbəsindən öldü 13 İyun 2021, 00:38 Paşinyan Ermənistana qaytarılan hərbçilərin adını açıqladı 13 İyun 2021, 00:25 ABŞ-da atışma - ölən və yaralananlar var 13 İyun 2021, 00:08 Mehriban Əliyeva Uels-İsveçrə matçından paylaşım etdi 12 İyun 2021, 23:57 “Kristian futbolu möhtəşəm oynayır” - UEFA prezidenti 12 İyun 2021, 23:51 Danimarka Finlandiyaya məğlub oldu - AVRO-2020 12 İyun 2021, 23:38 Peyvəndin ikinci dozasından sonra Putinin temperaturu yüksəldi 12 İyun 2021, 23:32 “Azərbaycan və Ermənistan arasındakı razılaşmaya görə Qaribaşvilini təbrik edirəm” - Prezident 12 İyun 2021, 23:22 Azərbaycanlı kino aktyoru vəfat etdi 12 İyun 2021, 23:10 “Ərdoğanın Şuşaya ziyarəti üçün hazırlıqlarımız davam edir” - Türkiyə səfiri 12 İyun 2021, 23:03 PKK Afrini atəşə tutdu - çox sayda ölən və yaralanan var 12 İyun 2021, 22:51 Bakıda piyadanı maşın vurdu 12 İyun 2021, 22:34 Danimarka – Finlandiya matçı ilə bağlı qərar verildi 12 İyun 2021, 22:20 ABŞ azad edilən ermənilərə görə Gürcüstana minnətdarlıq etdi 12 İyun 2021, 22:15 “Sərbəst buraxılan ermənilər artıq ailələrinin yanındadır” 12 İyun 2021, 22:04 Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi - EKSKLÜZİV- FOTOLAR 12 İyun 2021, 22:01 Mina xəritələri informasiya müharibəsində Azərbaycanın xeyriişləyəcək - ŞƏRH 12 İyun 2021, 21:56 “Azərbaycan və Ermənistanın jestlərini alqışlayıram” - Şarl Mişel 12 İyun 2021, 21:46 UEFA-dan Kristian Eriksenlə bağlı açıqlama 12 İyun 2021, 21:35 Vilayət Eyvazovdan yeni təyinat 12 İyun 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 12 İyun 2021, 21:09 Danimarkalı futbolçunun ürəyi dayandı - oyun təxirə salındı 12 İyun 2021, 20:56 BMT Baş katibi Consonla müzakirələr apardı 12 İyun 2021, 20:48 "15 erməni mənim və Filip Rikerin iştirakı ilə buraxılıb" - Gürcüstanın baş naziri 12 İyun 2021, 20:33 Şəhriyar Məmmədyarov liderliyini qorudu 12 İyun 2021, 20:20 “İstədiyimiz qədər azarkeş yox idi” - Uels millisinin baş məşqçisi  12 İyun 2021, 20:09 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı 12 İyun 2021, 19:54 Prezident və Birinci xanım Uels-İsveçrə oyununa baxdılar - FOTO 12 İyun 2021, 19:48 Ermənistana qaytarılan ermənilərin FOTOSU yayıldı 12 İyun 2021, 19:40 Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək 12 İyun 2021, 19:32 Türkiyə millisi Bakıya gəldi 12 İyun 2021, 19:22 İlham Əliyev müqaviləni təsdiqlədi 12 İyun 2021, 19:12
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?