Modern.az

Sahibə Qafarova ilə Türkiyə BMM-nin sədri arasında telefon danışığı olub

Sahibə Qafarova ilə Türkiyə BMM-nin sədri arasında telefon danışığı olub

8 İyul 2020, 19:33

Milli Məclisin sədri Sahibə Qafarova və iyulun 7-də yenidən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilən Mustafa Şentop arasında bu gün telefon danışığı olub.

 

Modern.az-ın məlumatına görə, Sahibə Qafarova bu barədə “Facebook” hesabında paylaşım edib. 

 

Spiker paylaşımında deyir:

 

“Qardaş ölkənin Spikerinə fəaliyyətində davamlı uğurlar arzuladım. Telefon danışığımızda ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün yorulmadan çalışmaq niyyəti və əzmimizi bir daha ifadə etdik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı