Modern.az

Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü

Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü

8 İyul 2020, 22:00

Türkiyədə son sutka ərzində daha  22  nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 302 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 49 302 nəfərdən 1 041-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  208 938 nəfərə çatıb. Müalicə olunan  2 219  xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək  187 511  nəfər koronavirusdan müalicə olunub".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir