Modern.az

Bakıda yataqxana qarət olundu

Bakıda yataqxana qarət olundu

Aktual

9 İyul 2020, 09:17

Bakıda yataqxana qarət eilib.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, A. Şərifzadə küçəsində yerləşən universitet yataqxanalarının birində baş verib. Həmin yataqxanada yaşayan qadının mənzilindən pəncərə sındırmaq yolu ilə 15 min manat pul, 300 manat dəyərində velosiped və məişət əşyalarının oğurlanıb.

 

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Naib Abdullayev, 1993-cü il təvəllüdlü Mehman Əlixananov, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü İmran Əlixananov müəyyən olaraq tutulublar.

 

Faktla bağlı cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!