Modern.az

27 yaşlı azərbaycanlını başından güllələdi, azadlığa buraxıldı - Absurd QƏRAR

27 yaşlı azərbaycanlını başından güllələdi, azadlığa buraxıldı - Absurd QƏRAR

Hadisə

9 İyul 2020, 12:16

Rusiyanın İvanovo şəhərində 27 yaşlı Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə bağlı məhkəmə işi sonlanıb.


Modern.az
xəbər verir ki, 2019-cu il iyulun 28-də şəhərin “Rokko” gecə klubu qarşısında 27 yaşlı Azərbaycan vətəndaşı Fazil Balayev öldürülmüşdü. O, 34 yaşlı Anatoli Qrudustov tərəfindən travmatik tapançadan başına açılan atəşlə öldürülmüşdü.

 

Gecə klubunda Kristina Stepanova ilə tanış olmaq istəyən Fazil Balayev onunla mübahisə edib. Qız Fazil Balayevə sillə vurub və azərbaycanlıdan cavab zərbəsi alıb. Barda olan digər müştərilər Fazil Balayevi döyüblər. Kristina Stepanova isə dostu Andrey Savinova zəng edib.
“Rokko” gecə klubuna dostu Anatoli Qrudistovla birgə gələn Andrey Savinov Fazil Balayevin artıq döyüldüyünü, yerdə uzanmış vəziyyətdə görüb. Onun köməksiz vəziyyətdə olmasına məhəl qoymayan Qrudistov üzərindəki tapança ilə Balayevə arxadan atəş açıb.

 

Azərbaycan vətəndaşı təcili yardım maşınında dünyasını dəyişib.


İvanovo şəhəri Lenin rayon məhkəməsi Anatoli Qrudostovun qətli qəsdən törətmədiyi, atəşi təsadüfən açdığı qənaətinə gəlib. Hökmlə o, həbsdə keçirdiyi 11 ayı da nəzərə alınmaqla, məhkəmə zalından azadlığa buraxılıb. Anatoli Qrudostov yaxın 1,5 ili azadlığın məhdudlaşdırılması şəraitində keçirməlidir. Bu müddətdə o, İvanovo şəhərini tərk edə bilməz, yaşayış yerini dəyişə bilməz. Bundan əlavə, mərhumun ailəsinə 700 min rubl məbləğində də kompensasiya ödəməlidir.


 Fazil Balayevin atası hökmdən narazı olduqlarını və appelyasiya şikayəti verəcəklərini deyib.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər