Arxiv
12 İyul 2020, 11:15 | ƏDƏBİYYAT
Şəmistan Əlizamanlı və KORONAVİRUS

Mahir QABİLOĞLU


Elə bilməyin ki, Şəmistan Əlizamanlı koronavirusa yoluxub. Bəlkə də yoluxub, xəbərim yoxdur. Yox, tanınmış adamdır. Yoluxsaydı çoxdan aləmə car çəkmişdilər. Bu başlanğıc cümlələrimə “Allah eləməsin” nöqtəsini qoyub keçmək istəyirəm mətləbə.

Bu koronaviruslu günlərdə nədənsə yadıma Şəmistan Əlizamanlı düşdü. Dedim ki, ay Mahir, bir koronavirus qalmışdı. Ona da müqayisə tapdın. Özü də müqayisə obyektin kim olsa yaxşıdır? Müstəqil Azərbaycanın ilk hərbi diktoru Şəmistan Əlizamanlı. Pis qəbul etməyin. Bəlkə də bu müqayisədə fikrim bir ümid verməkdir sizlərə. Özüm pessimist olsam da. Hər şeyə inamım itsə də... Söhbəti çox uzatmayım. Başlayım fikirilərimi ərz eləməyə. Nəticəni isə özünüz çıxarın. Siz də xali olun mənim son aylardakı yaşantılarımdan.

 

1992-ci il

 

Biz Qorbaçovun yenidənqurması başlanandan öyrəşmişdik bəd xəbərlərə – dədə-baba torpaqlarımızın itirilməsi, Ermənistandan qovulanların statistikası, Qarabağdakı kəndlərdə itkilər haqqında şayiə və məlumatlara. Tam ümidsizliyə düçar olmuşduq. Və belə bir zamanda, günün axşam saatlarında Azərbaycan Televiziyasında qaraqaş, qaragöz, hərbi formada bir oğlan peyda oldu. Çox yox – beş-on dəqiqəlik. Dəqiq stenoqrammasını çatdıra bilməyəcəyəm. “Azərbaycan ordusu Drımbon kəndi uğrunda döyüşlərdə daha bir qələbə qazanaraq düşmənin canlı qüvvəsini məhv edib!” – təqribən belə. Sonra “Günün ekranı”nda video gedirdi. Burda səngər boyu erməni silahlılarının, hətta Ərəb dövlətlərindən gətirilən zənci muzdluların cəsədləri nümayiş etdirilirdi. Cəsədlərin fonunda isə Azərbaycan əsgərinin çəkmələri görsənirdi.

 

Ertəsi günlər artıq həmin vaxtda televizorun qarşısında otururduq. Adını, familiyasını dünən oxumağa macal tapmadığımız o oğlanın efirə çıxmasını gözləyirdik. Yenə şad xəbər verirdi. Deyirdi ki, iki kəndi də belə azad etdik. Atamın gözləri dolurdu: “Bu cavan diktor mənə Böyük Vətən müharibəsi illərini xatırlatdı. Onda televizor ümumiyyətlə yox idi. Bəzi evlərdə olan radioqəbulediciləri isə müsadirə etmişdilər. Şəhərin müəyyən yerlərində rabitə şalbanlarına bağlanmış radio-səsucaldanların altına yığışar, gözümüzü bu qurğulara dikərək cəbhədən veriləcək xəbərləri səbrsizliklə gözləyirdik. Müharibənin ilk illərində diktor Levitan bəd xəbərlər verərdi, sonra isə cəbhədən şad xəbərlər gəlməyə başladı. Bu oğlan da Azərbaycanın Levitanıdır sanki”.


Şəmistan Əlizamanlı həyatımızda bir dəyişiklik etmişdi. Daha doğrusu o yox, Azərbaycan əsgəri etmişdi bu dəyişikliyi. Şəmistan isə xəbəri elə ruh yüksəkliyi ilə çatdırırdı ki... Yəqin ermənilər də onu izləyirdi. Hitler Levitanın edamına qiyabi hökm çıxartsa da, ermənilər hələ ki, Şəmistanın başına pul qoymamışdılar.  O isə şad xəbər verməkdə davam edirdi. Özü də ki, şad xəbər yox, şad xəbərlər. Çünki bu buraxılışlarda Azərbaycan əsgərinin ölməsi və ya yaralanmasıyla bağlı ya heç xəbər olmurdu, ya da ki, cüzi... yox, yadıma gəlmir bəd xəbər çatdırmağı. Biz də fikirləşirdik ki, yəqin gizlədirlər. İndiki kimi deyildi. Bəd xəbər manşet, bobsley materialı deyildi. Reytinq artırmırdı. Sovetin efir siyasəti qalırdı. İtkiləri vermirdilər ki, camaatda ruh düşkünlüyü yaranmasın. Axı necə ola bilər ki, Azərbaycan Ordusu hücuma keçir, amma itki vermir? Axı hərb qanunlarına görə hücum edən tərəf daha çox itki verməlidir. Beləcə günlər keçirdi. 

 

DAYIMOĞLU, LEYTENANT FAİQ

 

Dayım Firuzun oğlu Naxçıvanski adına hərbi məktəbi, sonra isə Rusiyada Ali Hərbi məktəbi bitirmişdi. Leytenant idi. Məndən üç yaş kiçik idi. Azərbaycan müstəqillik qazandıqdan sonra onun ağır günlərində geri vətəninə dönmüşdü. Hərbi ixtisası başqa olsa da, onu kamufulyaj və mavi bretdə görürdüm. Sovet vaxtı desantçılar belə geyinirdilər. Günlərin bir günü Şüşəli bazarın yanında rastlaşdıq. Dedi ki, bazarın arxasındakı hərbi hissədə xidmət keçir. Məni də apardı ora. Dostlarıyla tanış etdi. Faiq cüssəli oğlan idi. Onda bir çırtma vursaydı uçardım. Dostları isə ondan da... Xalq arasında belələrinə “şkaf” deyirlər. Təlimlərinə də tamaşa etdim. Və ordan ayrıldım.

Günlərin bir günü dayımgilə getmişdim. Leyli dayıdostu qapını açdı və o saat da işarət barmağını dodaqlarına apardı ki, yavaş danış – Faiq yatıb. Gecə “dejurnı” olub.  Artıq günortaydı. Bu dəm Faiqin yataq otağından səsi gəldi.

- Mahir, gəl. Ayıldım.

Otağın pərdələri çəkilmişdi. Qaranlıq idi.

- Alə, bu nə vaxtın yatmağıdır? – deyə soruşdum.

Bu dəfə Faiqin işarət barmağı dodağına getdi. Əliylə “qapını ört” işarəsi verdi. Dediyi kimi etdim. Pərdələri açdım. Yenə də yavaş səslə danışmağa başladı:

- Yaxın otur. Mama eşitməsin.

Yatağının qırağında ona yaxın əyləşdim.

- Nə olub? Bu nə pıçpıçdır? “Dejurstva”da nəsə baş verib?

- Nə “dejurstva”? Mamaya elə demişəm. Televizora baxmırsan?

- Baxıram. Nə olun ki?

- Əlizaman görmürsən nə deyir?

- Görürəm.

- Bəs o kəndlərin azad edilməsində mən də iştirak edirəm. Axşam desant kimi vertolyotla atırlar bizi kəndlərə. Başlayırıq əməliyyata. Təmizləyirik erməni “boyevikləri”. Səhər açılır. Aldığımız kəndi orduya təhvil verib uçuruq Bakıya. Növbə ilə əməliyyatlara gedirik. Bizim qrup bir də sabah axşam uçacaq.

- Ehtiyatlı ol sən Allah.

- Hamımız peşəkar zabitlərik. Özün gördün də hamısını. Gənc əsgərlərə vuruşmağı öyrədirik, indi deyirsən özümüz səhv buraxacağıq? Amma o gün birimiz yaralanmışdı. İynə vurduq vertolyotla qospitala çatdırana qədər. Dərmanın təsirindən Kubinkada satılan “bankovoy” çeşski pivə istəyirdi.

Güldüm. Dedim ki, gedirəm, sən yat, dincəl. Sağollaşanda işarət barmağını havada yellədərək məni hədələdi.

- Birdən çaşıb mamaya deyərsən ha... Sənə can qızdırıb ürəyimi açdım. Belə getsə Azərbaycan Ordusu tezliklə Qarabağı tam nəzarətə götürəcək. Sevincimi heç kimlə bölüşə bilmirəm. Qorxuram ki, mamaya çatdırarlar. Bax ha... ağzından qaçırsan...

Ayrıldıq. Dayıdostuya da heç nə demədim. Faiqi tanıyırdım. Dediyin eləyən, yumruğu isə ağır idi. Əksəriyyətin bilmədiklərini bildiyimə görə sevinirdim. Yox idi o vaxt araqarışdıran saytlar və qəzetlər, mühacir internet televiziyaları. Məlumat ancaq şayiələrlə yayılırdı. Surət adlı gəncin Yevlax yun zavodunun ərazisini hərbi bazaya çevirməsi barədə də şayiələr gəzirdi. Amma onun Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi şayiə yox, rəsmi xəbər idi. Altı-yeddi aydan sonra onu Napoleona da oxşadanlar tapılacaqdı – hakimiyyətdə olan cəbhəçiləri devirdiyinə görə. Amma Faiq kimi igid övladların qəhrəmanlığı hesabına azad edilən ərazilər təhvil veriləndən sonra. 

 

KORONAVİRUS

 

Axşamdır. Dünən, srağagün, on gün, bir ay, iki ay... əvvəl olduğu kimi həyat yoldaşım eyni vaxtda mənə səslənir:

- Dur kompüteri aç. Gör bu gün neçə adam yoluxub, neçəsi sağalıb, neçəsi ölüb?

Açıram Modern.az saytını. Baxıb xəbərləyirəm. Arta-arta gedir. Brifinqə də baxıram. Çıxıblar efirə bu sahəyə cavabdeh olanlar, ya da onların sözçüləri. Dörd aydan çoxdur ki, fəaliyyət göstərirlər, bir vahid qayda-qanun hazırlaya bilməyiblər. Hazırladıqları qaydalar da adi məntiqə uyğun gəlmir. Yoluxan az olanda sərt karantin qərarı qəbul edirlər. Yoluxanların sayı artanda sərt karantini ləğv edib, metronu, iri ticarət mərkəzlərini, ictimai-iaşə obyektlərini açırlar. Say başlanğıcdankından dörd-beş dəfə artandan sonra isə təzədən əvvələ qayıdıb hər şeyi yenidən başlayırlar. Millət vəkilləri də funksiyalarını dəyişib, Operativ qərargahın “dejurnı” deputatlarına çevriliblər. Koronavirusla bağlı qanunlara dəyişiklik etməkdən artıq özləri də yoluxmağa başlayıblar. Zalda jurnalistlər də var. Onlar da sual verirlər.

Çıxış edənlərdən biri Az10PA 000 dövlət nişanlı, BMV-7 markalı cağ xidməti maşını ola-ola avtobusda  işə gedib-gəldiyini deyir. Guya ki, bu məqamda xalq üçün çox əhəmiyyəti var bunun. İnanmıram. Vallah inanmıram. Əgər belədirsə onda deputat Naqif Həmzəyev kimi metroda çəkilmiş şəklini paylaşsın, yaxud da kimsə, guya, təsadüfən, kənardan çəkib paylaşsın. Amma avtobusdakı sıxlığı ora minməsən də BMV-nin pəncərəsindən tam aydın görmək mümkündür. Elə danışırlar ki, bir azdan hətta virusa yoluxmayan insanlara da həkim yox, psixoloqlar, bəlkə də psixiatrlar daha çox lazım olacaq. O cümlədən mənə də...

Yoxdurmu bu işlərə bir əncam çəkib, vahid bir mübarizə qayda-qanunu yaratmağı bacaran? Operativ qərargahın üzvləri çoxdur. Hamısı da suallara cavab verir, hətta bir-birilərinə bütün dayanacaqlarda qoyulan terminallarda iki manata sərbəst satılan kart da göstərirlər. Ortada isə heç nə yox.
Xalq artisti təyyarəyə minib hava sərhədlərini aşıb, Türkiyədəki istirahətdən şəkillər paylaşır. Amma qulağımızın dibindəki quru sərhədlərində aylardır gözləyən vətəndaşlarımız piyada içəri buraxılmır. Kimdir bunları edən? Yaxud kimə sərf edir bu? Daha dəqiq desəm, kimin əleyhinə yönəlib bu cür addımlar, qərarlar, qaydalar, qanunlar?

Ümidimizi kəsəkmi hər şeydən? Yox. Əsla. Necə ki, o vaxt Faiq kimi igid oğlanlarımız var idi, bu gün də komandan əmri gözləyən güclü Azərbaycan Ordusu var. Necə ki, koronavirusla mübarizədə fədakarlıq göstərən, sağlamlığını itirən, hətta həyatını qurban verən tibb heyətimiz var, o cümlədən idarəetmədən başı çıxan, amma unudulan təcrübəli, bilikli insanlarımız da... Sadəcə üzə çıxarmaq lazımdır. Necə ki, o vaxt bu qəhrəmanlıqları xalqa çatdıran Şəmistan Əlizamanlı kimi yek hərbi diktorumuz var idi, indi də brifinqdə həm xalqın, həm də jurnalistlərin suallarını cavablandıracaq tək bacarıqlı mütəxəssis olmalıdır və əminəm ki, var. Hər şeyə də o cavabdeh olmalıdır, əlaqədar orqanları da o, koordinasiya etməlidir. Bəs onda niyə onların xidmətindən istifadə olunmur? Əvəzində həkimlərimiz əziyyət çəkir, tibb sistemi isə çətin duruma düşüb. Şair Qabil burda yaxşı deyib:

 

Küt bıçaq parıldayıb,

Xırçıltı salıb.

Qılınc qında pas atıb,

Qında korşalıb.

Heyf korşalırıq biz

Səhv düşəndə yerimiz.

 

Amma ümidliyəm. İnanıram ki, hər iki müharibə cəbhəsində “parıldayan, xırçıldayan küt bıçaqları” kənara qoyub, “korşalan qılınclarımızı qından çıxarıb itiləyəcəyik”. Ermənistan ordusunu da məhv edəcəyik, koronavirusa da qalib gələcəyik. Şəmistan da geri efirə dönəcək. Mənimçün əsas indi onun oxuduğu hərbi mahnılar yox, xalqa çatdıracağı qələbə xəbərləridir. Ruhu öldürən brifinqlərə isə ehtiyac yoxdur. Statistikadakı rəqəmlər, mənfi artım onsuz da hər şeyi açıq-aydın deyir. Orda iştirak edən jurnalistlər də artıqdır. Karantin başbilənləri onların çıxardığı karantin qərarlarını müzakirə edən sosial şəbəkələrə nəzər yetirsələr onlara ünvanlanan sualları da tapa bilərlər, etdikləri işin qiymətini də...

 

SON

 

Televizora baxıram. Rəyasət heyətində üç-dörd nəfər oturub. Zalda da jurnalistlər. Hələ o rəyasət heyətində oturmayan dövlət qurumlarının mətbuat katiblərini demirəm. Onların danışdıqları, sonra da öz müavinlərinin inkar etdikləri, düzəliş verdikləri informasiyalardan danışmıram.

Brifinq isə davam edir. Gözümü yumuram. Xəyalım 1992-ci ilə aparır məni. Şəmistan Əlizamanlı efirə tək çıxıb Müdafiə Nazirliyinin xəbərini çatdırırdı. Heç kim də sual vermədən gözlədiyi, istədiyi cavabı alırdı. Onun oxuduğu mətni isə hər gecə yuxusuz qalan, ölümə gedən, bu yazımın qəhrəmanı olan Faiq kimi Azərbaycan əsgərləri, zabitləri yazıb hazırlayırdılar. Ölən də, əsir götürülən də erməni tərəfiydi. Gözümü açıram. Xəyaldan ayılıram. İndi iki müharibənin içindəyik. Birində Azərbaycan əsgəri gözə görünən düşmənlə üz-üzədir, o birində Azərbaycan həkimi gözəgörünməyən düşmənlə üz-üzə. Hər iki müharibənin əlində girinc qalmışıq. Baxmayaraq ki, hərbi diktorumuz da var, igid oğlanlarımız da. Fədakar həkimlərimiz də var, bacarıqlı, bilikli, idarəetməni gözəl bilən  mütəxəssislərimiz də...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə son sutkada daha  22  nəfər koronavirusdan öldü 14 Avqust 2020, 21:50 Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçildi 14 Avqust 2020, 21:33 Müəllimlərin işə qəbulunda yüksək nəticə göstərənlər - FOTO 14 Avqust 2020, 21:19 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 14 Avqust 2020, 21:06 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 37-yə endi - FOTO 14 Avqust 2020, 20:50 Azərbaycanla Avropa İttifaqı arasında  perspektivlər müzakirə olunub 14 Avqust 2020, 20:38 Etiraz aksiyasında həbs olunan futbolçu azadlığa buraxıldı 14 Avqust 2020, 20:29 BŞBPİ-də kadr təyinatı olub 14 Avqust 2020, 20:15 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib 14 Avqust 2020, 20:01 Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46