Modern.az

Rusiyadan 233 nəfər Vətənə gətirildi - FOTOLAR

Rusiyadan 233 nəfər Vətənə gətirildi - FOTOLAR

Diaspor

12 İyul 2020, 22:23

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 12-si Moskvadan 233 sərnişinlə növbəti çarter reysi yerinə yetirib.

Bu barədə Modern.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, "Airbus A340" hava gəmisi ilə Azərbaycan vətəndaşları Vətənə çatdırılıb. Bundan əlavə, Heydər Əliyev Fondunun dəvəti ilə həmin reyslə Bakıya 22 Rusiyalı həkim gətirilib.Bu həkimlər koronavirus pandemiyası ilə mubarizədə kömək göstəcəklər.

Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb.Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır