Modern.az

Vilayət Eyvazov generalın yerinə onu TƏYİN ETDİ

Vilayət Eyvazov generalın yerinə onu TƏYİN ETDİ

13 İyul 2020, 10:55

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

 

Modern.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, Daxili İşlər Nazirliyi (DİN) Baş Təşkilat-İnspeksiya İdarəsinin rəis müavini, polis polkovniki Elman Qasımov vəzifəsindən azad olunaraq DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

 

Qeyd edək ki, ötən həftə Daxili İşlər naziri V.Eyvazovun müvafiq əmri ilə Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub. Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.(Report)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi