Modern.az

Nazirlik Gəncədəki partlayışla bağlı məlumat yaydı

Nazirlik Gəncədəki partlayışla bağlı məlumat yaydı

Aktual

13 İyul 2020, 13:00

Gəncə şəhəri, Kəpəz rayonu yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, yanğın saat 12:25-də söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü