Arxiv
13 İyul 2020, 13:55 | AKTUAL
““Ordumuzla birgəyik” demək azdır…” - Sahib Alıyev

Siz insan haqları deyərək bar-bar bağıran, guya bununla bağlı Avropanın küçələrində tez-tez, daha dəqiqi tapşırıq gələndən-gələnə atlanıb-düşən “azərbaycanlılar” var ha, onlardan hansısa birinin torpaqlarımızda etnik təmizləmə siyasəti aparan, yüz minlərlə soydaşımızın öz yurd yerlərində yaşamaq hüquqlarını əlindən alan Ermənistanın işğalçı nasist rejiminə qarşı haçansa səslərini çıxardıqlarını görmüsünüzmü?

 

Düz 6 il bundan öncə, iyulun 11-də doğmalrının işğal altındakı Kəlbəcərdə qalan məzarlarına baş çəkərkən iki soydaşımız- Dilqəm Əsgərovla Şahbaz Quliyev girov götürülmüşdülər.

 

Bu 6 ildə insan haqları deyəndə qərbdəki bəlli qurumlardakı kimi timsah göz yaşı axıdan “azərbaycanlılar”ımızın bununla bağlı Ermənistanın Avropadakı səfirliyi qarşısında gözə kül üfürmək üçün olsa belə, etirazabənzər nəsə keçirdiklərini, yaxud da işğalçı nasist rejimin təmsilçilərindən bunun səbəbini soruşmaları haqda bircə xəbər duyub-eşitmisinizmi? Təbii ki, yox.

 

Dünən işğalçı nasist rejiminin Tovuzdakı mövqelərimizi ələ keçirmək cəhdlərinə orduxankimilərin reaksiyasını da yəqin gördünüz. Həmən rejimin ideoloqları baş verənləri necə şərh edirlərsə, oxşarını da “azərbaycanlı” adı daşıyan bu ünsürlər, “5-ci kolon” təmsilçiləri deyirdilər. Və onların dövlətmizə qarşı ikinci cəbhə açmağa çalışanların təhrikiylə dünən Lökbatanda Qarabağa yürüş adı altında qarşıdurmaya, çaxnaşmaya cəhd edən bəzi ünsürlərlə necə sinxron işlədikləri də ayıq sosial şəbəkə istifadəçilərinin diqqətindən yəqin yayınmadı.

 

Beləliklə, biz görürük ki, bu ünsürləri kollaborasionist adlandırmaq düzgün deyil. Çünki onlar açıq şəkildə düşmənə informasiya əsgərliyi edirlər. Ümid edirəm ki, dövlətin uyğun strukturları “Qarabağa yürüş” adı altında əslində Ermənistanın işğalçı nasist rejiminin tam maraqlarına uyğun olaraq ölkəmizdə çaxnaşma yaratmağa çalışanlara qarşı qanunun tələb etdiyi ən sərt addımları atacaqlar.

 

Cəmiyyətə gəldikdə “ordumuzla birgəyik” demək azdır, düşmənlə əməkdaşlıq edən, “azərbaycanlı” adlananlara, onları dəstəkləyənlərə elə bir ictimai təzyiq göstərilməlidir ki, özlərini demirəm, yaxınları, doğamaları belə başlarını qaldırıb gəzə bilməsinlər.

 

Təəssüflə deməliyəm ki, mən hələ burada bunu görmürəm.

 

Bəli, biz tolerant xalqıq və tolerantlıq da yaxşı şeydir.

 

Amma savaş vəziyyətində olan bir ölkədə düşmənlə əməkdaşlıq edənlərə, ona işləyənlərə yanaşmada tolerantlıq göstərilirsə, artıq dolayı dəstək anlamına gəlir, bunu biz istəsək də, istəməsək də!

 

Sahib ALIYEV,

Millət vəkili

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan nefti yenidən ucuzlaşdı 12 Avqust 2020, 10:26 Cəlilabadda karantini pozan kafe aşkarlandı 12 Avqust 2020, 10:20 Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir 12 Avqust 2020, 10:15 Azərbaycanda yeni ödənişlər sistemi istismara verildi 12 Avqust 2020, 10:09 Problemlərdən necə qaçaq: Komitə sədrinin təkliflərinə deputatlardan REAKSİYA 12 Avqust 2020, 10:03 Valideyinlərin nəzərinə - şagirdlərin elektron yerdəyişməsi başladı 12 Avqust 2020, 09:58 İmişlidə həmkəndlisini qətlə yetirən şəxs tutuldu 12 Avqust 2020, 09:53 "Azercell"in beynəlxalq virtual toplantısı keçiriləcək 12 Avqust 2020, 09:48 Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb 12 Avqust 2020, 09:43 Ermənilər Tovuz və Gədəbəyi atəşə tutdular 12 Avqust 2020, 09:37 İsmayıllıda yol çəkilişi zamanı qədim tarixi abidə tapıldı - FOTO 12 Avqust 2020, 09:31 Livan ermənilərinin Qarabağa köçü BAŞLADI 12 Avqust 2020, 09:27 Neft yenidən bahalaşdı 12 Avqust 2020, 09:21 Dollar günə bu məzənnə ilə BAŞLADI 12 Avqust 2020, 09:16 Bakı Dövlət Universiteti imtahansız əlavə tələbə qəbulu elan etdi 12 Avqust 2020, 09:10 Binəqədidə qanunsuz fəaliyyət göstərən sahibkarlar cərimələndi 12 Avqust 2020, 09:05 “Canavar” ləqəbli narkotacir və alıcıları saxlanıldı 12 Avqust 2020, 09:00 Ukraynada koronavirusun ikinci dalğası BAŞLADI 12 Avqust 2020, 08:56 Belarusda iki mindən çox insan saxlanıldı 12 Avqust 2020, 00:59 Trampı qorxuya salan səbəb 12 Avqust 2020, 00:45 Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatları yad etdi 12 Avqust 2020, 00:27 Türkiyə hərbi təyyarəsi Livanda 12 Avqust 2020, 00:13 Avropa İttifaqı Belarusu sanksiya ilə HƏDƏLƏDİ 11 Avqust 2020, 23:53 Çempionlar Liqasının final oyunu təxirə salındı 11 Avqust 2020, 23:41 Dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi 11 Avqust 2020, 23:25 İmişli sakini həmkəndlisini qətlə yetirdi 11 Avqust 2020, 23:11 Yayılan fotolarla bağlı “Bandotdel”də monitorinq aparıldı 11 Avqust 2020, 22:55 Goranboyda üç uşaq anası özünü asdı 11 Avqust 2020, 22:39 Sumqayıtda yük maşını kanala aşdı 11 Avqust 2020, 22:22 Reanimasiyada olan koronavirus xəstələrinin sayı AÇIQLANDI 11 Avqust 2020, 22:09 Daha 40 şagird “Virtual məktəb”lə bağlı onlayn təlimə cəlb olunub - FOTO 11 Avqust 2020, 21:51 ABŞ Rusiyanın peyvəndini keyfiyyətsiz adlandırdı 11 Avqust 2020, 21:44 Türkiyədə 226 155 nəfər koronavirusdan sağaldı 11 Avqust 2020, 21:26 Dövlət Komitəsindən uşaq ədəbiyyatının tənqidinə REAKSİYA 11 Avqust 2020, 21:07 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə bu məsələləri müzakirə etdi - FOTO 11 Avqust 2020, 20:49