Arxiv
14 İyul 2020, 14:41 | AKTUAL
Deputat: “Ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazırdır”

“Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı qətiyyətlə alınıb. Azərbaycan Ordusunun həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib”.

Bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.


Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb və Azərbaycan öz dövlət sərhədini qoruyub. Şübhəsiz ki, təmas xəttində atəşkəs rejiminin pozulmasına yönələn bu kimi təxribatçı hərəkətlər Ermənistanın çirkin, məkrli və təcavüzkar siyasətinin təzahürüdür və bunun məsuliyyəti işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


Millət vəkili vurğulayıb ki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinin nəticəsində belə hadisələr baş verir. Bir tərəfdən Ermənistanda daxili vəziyyətin böhranlı həddə çatması, digər tərəfdən Azərbaycanın son zamanlar əldə etdiyi beynəlxalq uğurlar mənfur qonşumuzu çox narahat edir. Təbiidir ki, Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik nailiyyətləri, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin dünya birliyi tərəfindən dəstəklənməsi onlarda paxıllıq və qısqanclıq  hissləri doğurur. Dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub.   Azərbaycanın  təşəbbüsü  ilə  BMT  Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanın rəhbərliyi ilə yanaşı erməni lobbisini, xarici ermənipərəst dairələri,  Azərbaycanı istəməyən qüvvələri ciddi şəkildə təlaşa salıb.

Deputat bildirib ki, Ermənistan hərbi bölmələrinin növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.

 

Ağalar Vəliyev qeyd edib ki, Azərbaycanla sərhəddə növbəti təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır.

Milli Məclisin üzvü bildirib ki, Ermənistanın sərhəd xəttində növbəti təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənib. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu  bir daha nümayiş etdirdi. Lakin unutmaq olmaz ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar.


Millət vəkili vurğulayıb ki, arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməzdir . Bu gün Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz  Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazir koronavirusa yoluxub 13 Avqust 2020, 09:04 Bakıda sərnişin avtobusu yandı 13 Avqust 2020, 09:00 Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi 13 Avqust 2020, 08:50 Bu gün ilk qəbul imtahanı keçirilir 13 Avqust 2020, 08:25 Paytaxtda koronavirus qurbanlarının sayı artdı 13 Avqust 2020, 01:04 Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi 13 Avqust 2020, 00:47 Prezident ölkəyə dəyən zərəri açıqladı 13 Avqust 2020, 00:34 3 PKK terrorçusu zərərsizləşdirildi 13 Avqust 2020, 00:22 Prezidentin köməkçisi koronavirusa yoluxdu 13 Avqust 2020, 00:08 Türkiyədə daha 18  nəfər koronavirusdan ölüb 12 Avqust 2020, 23:48 Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişdi 12 Avqust 2020, 23:35 Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi 12 Avqust 2020, 23:21 Hulusi Akar Bakıda belə qarşılandı - FOTOLAR 12 Avqust 2020, 23:06 Hökumət 1454 otelin fəaliyyətinə icazə verdi 12 Avqust 2020, 22:53 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 12 Avqust 2020, 22:40 Yanğın bir ailəni evsiz qoydu 12 Avqust 2020, 22:23 Türkiyədə növbəti tədris ili onlayn dərslərlə başlayacaq 12 Avqust 2020, 22:09 “Mən istintaqa çağırılmamışam” - Nazir müavini danışdı 12 Avqust 2020, 21:53 “İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək” - ZƏRİF 12 Avqust 2020, 21:36 Azərbaycan Premyer Liqasında I turun oyun CƏDVƏLİ 12 Avqust 2020, 21:22 Qatarın reysdən çıxması 3 nəfərin həyatına son qoydu: 6 yaralı var   12 Avqust 2020, 21:08 Bakı SMS-lə icazə sisteminin ləğvindən sonra - FOTOLAR 12 Avqust 2020, 20:49 XİN-dəki həbslərlə bağlı nazir müavinləri DTX-da DİNDİRİLİB 12 Avqust 2020, 20:32 Türkiyəli generallar AZƏRBAYCANDA 12 Avqust 2020, 20:15 OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb 12 Avqust 2020, 20:03 Dövlət Sosial Müdafiə Fondunun yeni büdcəsi təsdiqləndi 12 Avqust 2020, 19:27 Bu küçə və prospektlərdə sıxlıq var 12 Avqust 2020, 19:16 Norveç 5 ölkə üçün 10 günlük karantin rejimini tətbiq edir 12 Avqust 2020, 19:12 ABŞ-da çimərliklər və parklar bağlanır 12 Avqust 2020, 18:56 Slovakiya rusiyalı diplomatları ölkədən çıxarıb 12 Avqust 2020, 18:44 Qərb mediası Rusiyanın vaksin kəşfinə ŞÜBHƏ EDİR 12 Avqust 2020, 18:34 Köksümdəki QAFQAZ 12 Avqust 2020, 18:30 Baş Prokurorluqdan ölümlə nəticələnən dava barədə AÇIQLAMA 12 Avqust 2020, 18:18 Dövlət Agentliyinin əməkdaşları daha 139 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib 12 Avqust 2020, 17:56 Prezident dövlət büdcəsinə dəyişikliyi TƏSDİQLƏDİ 12 Avqust 2020, 17:50