Modern.az

Azərbaycanda daha 543 yoluxma, 6 ölüm

Azərbaycanda daha 543 yoluxma, 6 ölüm

14 İyul 2020, 20:31

Bu gün Azərbaycanda 543 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək, ümumilikdə 25 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 16150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib, 8644 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8217,  ümumilikdə isə 584 466 test aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu