Arxiv
15 İyul 2020, 11:39 | ÖLKƏ
Azərbaycanın siyasi partiyaları həmrəylik BƏYANATI yaydılar

Azərbaycandakı siyasi partiyaların Ermənistanın cəbhədəki son təxribatları ilə əlaqədar milli həmrəylik bəyanatı yayılıb.

Modern.az-ın məlumatına görə, bəyanatda Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyini əks etdirir.

 

Bəyanatda deyilir:


“İyul ayının 12-də Ermənistan hərbi qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törətmişdir. Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində erməni tərəfinin hücumunun qarşısı qətiyyətlə alınmış, düşmənə layiqli cavab verilmişdir. Erməni tərəfi ciddi itkilər verərək geri oturmağa məcbur edilmişdir. Erməni hərbiçiləri iyul ayının 13-də və 14-də də döyüşləri davam etdirmiş, habelə Ermənistan–Azərbaycan sərhədlərinin digər istiqamətlərində təxribatlar törətməyə cəhdlər göstərmişlər. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanları sarsıdılmış, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilmişdir. Düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimiz də təəssüf ki, itkilərə məruz qalmışdır. Lakin onların qısası yerdə qalmayıb. Şanlı hərbçilərimizin ölümünə bais olanlar həmişə olduğu kimi, ən ağır şəkildə cəzalarını alıblar. Allah şəhidlərimizə rəhmət etsin!

 

Qeyd etmək lazımdır ki, qanlı toqquşmalara yol verilməməsi naminə atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı qanlı təxribatlar törətməsi pis adət halını almışdır. Erməni rəhbərliyi birinci dəfə deyildir ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır. Ağır epidemioloji vəziyyətdən və sosial iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdüyü siyasətdən azacıq da olsa fərqlənmədiyinin göstəricisidir.

 

Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edən digər səbəblərdir.

 

Növbəti erməni təxribatının münaqişə zonası olan Dağlıq Qarabağ bölgəsindən kənar sərhəd zonasında baş verməsi təsadüfi deyildir və onu törədənlərin məkrli və çirkin niyyətlərindən xəbər verir. İnsan tələfatları ilə müşayiət olunan, bölgədə gərginliyin, qarşıdurmanın və müharibə təhlükəsinin artmasını birbaşa hədəfə alan erməni təxribatlarının cilovlanması üçün dünya birliyinin, beynəlxalq təşkilatların, ələlxüsus vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun səsini ucaltmasının, təcavüzkarın yerində oturdulması üçün ən təsirli addımlar atmasının vaxtı çoxdan çatıb. Dünya nəhayət ki, erməni təxribatlarının və bu təxribatların arxasında duran Ermənistanın siyasi hakimiyyətinin artıq neçə illərdir bölgədə sülh və sabitliyə ən böyük təhlükəyə çevrildiyinin fərqində olmalıdır.

Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.

  • Yeni Azərbaycan Partiyası – Əli Əhmədov
  • AĞ Partiya – Tural Abbaslı
  • Ana Vətən Partiyası – Fəzail Ağamalı
  • Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli
  • Azadlıq Partiyası – Əhməd Orucov
  • Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov
  • Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu
  • Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev
  • Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan
  • Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev
  • Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev
  • Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov
  • Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə
  • Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov
  • Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov
  • Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov
  • Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə
  • Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova
  • Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev
  • Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə
  • Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli
  • Birlik Partiyası – Xudadat Xudiyev
  • Böyük Azərbaycan Partiyası – Elşad Musayev
  • Böyük Quruluş Partiyası – Fazil Mustafa
  • Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev
  • Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev
  • Demokratik Azərbaycan Dünyası Partiyası – Əlisahib Hüseynov
  • Demokratik İslahatlar Partiyası – Asim Mollazadə
  • Ədalət Partiyası – İlyas İsmayılov
  • Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu
  • Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev
  • Qorqud Partiyası – Firudin Kərimov
  • Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev
  • Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev
  • Milli Konqres Partiyası – İxtiyar Şirinov
  • Milli Vəhdət Partiyası – Yunus Oğuz
  • Müasir Müsavat Partiyası – Hafiz Hacıyev
  • Müstəqil Xalq Partiyası – Əflan İbrahimov
  • Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov
  • Vəhdət Partiyası – Tahir Kərimli
  • Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev
  • Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı
  • Yeni Zaman Partiyası – Musa Ağayev”.
  • BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    241 yeni yoluxma, 647 sağalma, 6 ölüm 3 Avqust 2020, 16:55 İctimai yerlərdə 5 nəfərdən artıq toplaşma qadağandırOperativ Qərargah 3 Avqust 2020, 16:41 Prezidentin köməkçisi Qarabağın azərbaycanlı icması ilə görüşüb 3 Avqust 2020, 16:34 Rayonlara gediş-gəliş, toy-yas qadağası avqustun 31-dək QÜVVƏDƏDİR 3 Avqust 2020, 16:26 13 şəhər və rayonda bu məhdudiyyətlər qüvvədə qalır - SİYAHI 3 Avqust 2020, 16:18 Avqustun 5-dən SMS icazə ləğv edilir 3 Avqust 2020, 16:15 Avqustun 5-dən bu karantin qaydaları yumşaldılır - RƏSMİ 3 Avqust 2020, 16:11 Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – bu dəfə Qarabağda - TƏHLİL 3 Avqust 2020, 15:44 Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı 3 Avqust 2020, 15:32 Ermənilər Müdafiə Nazirliyinin adına saxta "twitter" hesabı açıb - XƏBƏRDARLIQ 3 Avqust 2020, 15:23 Rusiyada virusa yoluxanların sayı 850 mini keçdi 3 Avqust 2020, 14:58 İtaliya Azərbaycana tibbi missiya göndərir 3 Avqust 2020, 14:40 “EduHack” hakatonu yekunlaşdı: Distanttəhsil problemlərinə qarşı 18 innovativ təqdimat 3 Avqust 2020, 14:25 Siyəzəndə karantini pozanlar cərimələnib 3 Avqust 2020, 14:19 İranda koronavirusa yoluxanların sayı kəskin artdı 3 Avqust 2020, 14:16 Karantin qaydalarını pozan daşıyıcılara XƏBƏRDARLIQ 3 Avqust 2020, 14:02 Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI 3 Avqust 2020, 13:57 Gəncədə 38 yaşlı kişi meyiti tapılıb 3 Avqust 2020, 13:45 Sabiq Roma papası ağır xəstələnib 3 Avqust 2020, 13:34 Sabahın hava PROQNOZU - Külək, yağış, leysan... 3 Avqust 2020, 13:20 DİM abituriyentlərə MÜRACİƏT ETDİ 3 Avqust 2020, 13:01 Nobel mükafatçıları Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına ÇAĞIRIŞ 3 Avqust 2020, 12:49 DİN Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 3 Avqust 2020, 12:18 Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI 3 Avqust 2020, 12:09 Erməni təxribatı - Azərbaycan Konsulluğundan UFC prezidentinə etiraz  3 Avqust 2020, 12:05 Xızıda poçtun seyfini yaran şəxs tutulub 3 Avqust 2020, 11:40 Həftəsonu 3 nəfər yol qəzalarında ölüb 3 Avqust 2020, 11:27 Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun nəticələri açıqlanıb 3 Avqust 2020, 11:25 Bakıda sosial məsafə gözləməyənlər, maska taxmayanlar CƏRİMƏLƏNDİ 3 Avqust 2020, 11:18 Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI 3 Avqust 2020, 11:03 Mənəviyyat işığında 3 Avqust 2020, 10:50 Azərbaycandakı faktiki hava şəraiti ilə bağlı AÇIQLAMA 3 Avqust 2020, 10:46 10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI 3 Avqust 2020, 10:36 Silsilə oğurluq edən şəxslər saxlanılıb 3 Avqust 2020, 10:32 Azərbaycanda istixanalar, soyuducu anbarlarla bağlı YENİLİK 3 Avqust 2020, 10:28