Arxiv
15 İyul 2020, 12:37 | DİASPOR
Niderlanddakı Azərbaycan diasporu Tovuz təxribatı ilə bağlı BƏYANAT YAYDI

Dünən Niderland Krallığının Rotterdam şəhərində Benelüks Azərbaycanlıları Konqresinin (BAK) “Qarabağ” Futbol Klubunun ofisində bütün diaspora təşkilatları bir araya gələrək toplantı keçiriblər.

 

Modern.az xəbər verir ki, toplantıda Niderland və Belçika Azərbaycanlıları Koordinasiya Şurasına üzv olan bütün təşkilatlar, eləcə də  Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin nümayəndələri iştirak ediblər.

Niderlandda fəaliyyət göstərən diaspora təşkilatlarının bir araya gətirən səbəb isə 12 iyulda Ermənistan hərbi qüvvələrinin qəfildən Tovuz istiqamətindən Azərbaycan sərhəddini pozaraq hücuma keçməsi olub.

 

İclası ev sahibi kimi BAK-ın rəhbəri Elsevər Məmmədov açaraq öncə Tovuz döyüşlərində həlak olan şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etməyi xahiş edib və hər kəsə bura gələrək birlik nümayiş etdirdikləri üçün təşəkkürünü bildirib:

“Bildiyiniz kimi, 12 iyulda vətənimiz  yenə də qəfil düşmən hücumuna məruz qalıb və bu xəbəri eşidəndən təbii ki, xaricdə yaşayan bütün soydaşlarımız narahatlıq içərisindədir. Hər kəsin qəlbi vətənlə döyünür, hər birimiz uzaqdan da olsa, nəsə etmək istəyirik, dövlətimizə, ordumuza, əsgərlərimizə dəstək olmaq üçün yollar axtarırıq. Buraya toplanmaqda da məqsədimiz bu ağır günlərdə tək-tək deyil, məqsədyönlü və təşkikatlanmış formada addımlar atmaq haqqında planlar qurmaqdır”.

 

 

Sonra Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən olan Mayisə Ağamirzəyeva çıxış edərək düşmənin gözlənilməz təcavüzünü pisləyərək bildirib ki, bu düşmənin ölkəmizə ilk qəfil həmləsi deyil:

 

 “Dəfələrlə erməni hərbi hissələrinin hücumuna məruz qalan Azərbaycan ordusu hər dəfə bu ağır sınaqlardan üzüağ çıxıb. Hələ bir neçə il öncə Aprel döyüşlərində ermənilərə layiqincə dərs verilsə də, təəssüf ki, bundan nəticə çıxarmadılar. Bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bir günlərdə ermənilərin atdığı bu addım isə heç bir insanlığa sığmır. Biz Azərbaycan diasporası təşkilatları da bu erməni vəhşiliyini bütün dünyaya çatdırmaq üçün əlimizdən gələni etməliyik. Bu gün birlik günüdür, bu gün biz də “Biz səninləyik Azərbaycan, qəlbimiz vətənlə döyünür!” deməyə toplaşmışıq”.

 

Hollanda-Azərbaycan Türk Küktür Dərnəyinin başkanı İlhan Aşkın da çıxış edərək öncəliklə şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə isə şəfa diləyib. Azərbaycan xalqının ağrı-acılarının həm də bütün türk xalqlarının və Türkiyənin olmasını vurğulayıb:

“Artıq 30 ildir ki, Azərbaycan xalqının qanı axıdılır, şəhidlərin sayı hər gün artır. Doğrudur, vətən şəhid qanıyla qorunar, uğrunda tökülən qanlardır  bayraqları bayraq yapan. Amma artıq insanların səbirləri tükənib və bu savaşa son qoyulmalıdır, erməni vandalları torpaqlarımızdan qovulmalıdır. Niderlandda fəaliyyət göstərən diasporçular və bizim arxamızda olan minlərlə soydaşlarımız hər zaman dövlətimizin və əsgərlərimizin, xalqımızın arxasındayıq”.

 

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının digər əlaqələndiricisi, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev də çıxış edərək söylənilən  fikirlərlə həmrəy olduğunu bildirdi və qeyd edib ki, artıq Ermənistan hərbi qüvvələrinin Azərbaycan sərhəddini pozaraq Tovuz rayonu istiqamətində hücuma keçdikləri barədə holland dilində bəyanat hazırlanıb və sosial media vasitələriylə holland ictimaiyyətinin diqqətinə çatdırılıb. Eyni zamanda da Niderland Krallığında fəaliyyət göstərən bütün diaspora təşkilatlarının imzası ilə lazımi beynəlxalq siyasi qurumlara göndərilib.

 

 

İclasda iştirak edən digər təşkilatların rəhbərləri də - Elxan Mirhəşimli, Firəngiz Bağırova, Sima Cəfərova, Kəmalə Ceylinova, İlkin Hüseynov da bu ağır günlərdə xalqımızın, dövlətimizin və ordumuzun arxasında olduqlarını dilə gətiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təbriz küçəsində yanğın nəqliyyatın hərəkətində çətinliklər yaratdı 24 Sentyabr 2020, 23:14 Prezident Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi 24 Sentyabr 2020, 22:59 Ceyhun Bayramov Gürcüstan prezidenti ilə bölgədəki durumu müzakirə etdi 24 Sentyabr 2020, 22:46 Baş Prokurorluqdan Yusif İldırımzadənin qaynının qətli ilə bağlı AÇIQLAMA 24 Sentyabr 2020, 22:27 Fransa yeni qadağalar tətbiq edir 24 Sentyabr 2020, 22:08 Türkiyədə daha 74 nəfər koronavirusdan öldü 24 Sentyabr 2020, 21:49 Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56