Modern.az

“Ordu barədə təxribatçı məlumat yayan şəxs axtarışa verilsin” - TƏKLİF

“Ordu barədə təxribatçı məlumat yayan şəxs axtarışa verilsin” - TƏKLİF

Aktual

15 İyul 2020, 19:08

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov Orduya dəstək aksiyası ilə bağlı təxribat xarakterli məlumat yayan Rəşad Məmmədov barədə yazıb.

 

Modern.az xəbər verir ki, Anar Xəlilov bu barədə öz Facebook səhifəsində yazıb.

“Bu təxribatçı Rəşad Məmmədov dünən Orduya dəstək yürüşü zamanı sosial şəbəkələrdə təxribat xarakterli video yayıb. Bu təxribatçının milli mənsubiyyəti haqqında KİV-də və sosial şəbəkələrdə müxtəlif fikirlər söylənilsə də bir çox insanlar bunun “siyasi mühacir” alverində adının keçdiyini söyləyirlər. Bütün hallarda bu təxribatçı ifşa olunmalı barəsində cinayət işi qaldırımalıdır. Media vasitəsilə hüquq mühafizə orqanlarına müraciət edirəm ki, bu şəxs məsuliyyətə cəlb edilsin barəsindıə beynəlxalq axtarış verilsin. Bütün QHT-dən, ictimai fəallardan, ziyalılardan bu təxribatçını qınamağa və hüquq mühafizə orqanlarından bunu mühakimə etmək çağrışlarını və müraciət etmələrini xahiş edirəm. Hər birimizi bir daha diqqətli olmağa bu tip təxtibatçılara qarşı ayıq dayıq olmağa çağırıram”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!