Arxiv
15 İyul 2020, 21:18 | ÖLKƏ
Prezident Elmar Məmmədyarovu tənqid etdi -  Mən Xarici İşlər  nazirini tapa bilmədim

"Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm məsləhətləşirəm, həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edirəm".

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

 

"Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Ona görə, bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Ona görə mən bütün bu sualları çılpaqlığı ilə ictimaiyyətə təqdim edirəm. Bu son bir neçə gün ərzində ancaq mənim göstərişlərim əsasında addımlar atılıb. Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de.

 

Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim. Mən Əli Əsədovdan soruşdum, haradadır. Sənə nə dedi? De", - deyə dövlət başçısı Baş Nazir Əli Əsədova müraciət edib.

 

Hökumət başçısı isə bunları deyib: "Cənab Prezident, soruşdum, dedi ki, mən evdən işləyirəm. Mən Elmar Məmmədyarova zəng etdim. Sizin dediklərinizi ona dedim, soruşdum ki, bu hadisəni sən nə vaxt eşitmisən və harada olmusan? Dedi, evdən işləmişəm. Dedim, saatbasaat mənə de, harada olmusan? Yenə dedi ki, evdən işləmişəm. Günorta saat 3-də eşitmişəm. Daha sonra dedi ki, təqribən saat 6-da, 7-də Hikmət Hacıyevlə telefonla danışıb. İndi Siz dediniz, Hikmət Hacıyev Sizin təlimatları ona çatdırandan sonra deyib ki, bizim BMT-dəki nümayəndəmiz Yaşar Əliyevlə danışıb. Bax, bu qədər. Mən Sizin verdiyiniz tapşırıqları ona çatdırdım, dedim ki, belə olmaz. Biz hamımız iş yerindəyik. Prosesləri cənab Prezident idarə edir. Xarici İşlər naziri olaraq sən bunu, bunu, bunu et - Sizin dediyiniz tapşırıqları. Soruşdum ki, evdə niyə işləyirsiniz? Sən gəl iş yerinə, kabinetinə və s. Tapşırıq belə oldu. Ondan sonra hadisələr məlumdur".

 

İ.Əliyev daha sonra deyib: "Daha dərinə getmək istəmirəm. Bir çox şey deyə bilərəm. Hesab edirəm bu, kifayətdir. Ancaq biz hamımız – həm rəhbər vəzifələrdə olanlar və ictimaiyyət bilməliyik real mənzərə nədən ibarətdir ki, düzgün addımlar ataq. Biz hər gün, hər dəqiqə ölkəmizin maraqlarını qorumalıyıq".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaret Beyl Bakıdakı matçın ən yaxşısı seçildi 16 İyun 2021, 23:28 Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO 16 İyun 2021, 23:15 Azərbaycan və Türkiyə prezidentləri Bakıda futbol matçında - FOTO 16 İyun 2021, 23:04 İki ayın gəlini itkin düşdü - FOTO 16 İyun 2021, 22:56 Türkiyədə yoluxanlar çoxaldı 16 İyun 2021, 22:49 Samuxda 13 sürücü cəzalandırıldı - FOTO 16 İyun 2021, 22:37 Bayden rusiyalı həmkarına eynək bağışladı 16 İyun 2021, 22:24 Lerikdə ayı kəndə hücum etdi 16 İyun 2021, 22:13 Liderlər bəyanat verdi: "Nüvə müharibəsində qalib ola bilməz" 16 İyun 2021, 22:03 Türkiyə millisindən daha bir məğlubiyyət 16 İyun 2021, 21:55 Güləşçilərimiz Avropa çempionatında 4 medal qazandı 16 İyun 2021, 21:42 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyanat yaydı 16 İyun 2021, 21:31 Laçında iki sərhədçimiz həlak oldu - FOTO 16 İyun 2021, 21:18 Ərdoğanın Milli Məclisdəki çıxışının TAM MƏTNİ 16 İyun 2021, 21:14 Putin Baydenlə danışıqları konstruktiv adlandırdı 16 İyun 2021, 21:01 Şuşa Bəyannaməsi tarixi sənəddir - Deputat 16 İyun 2021, 20:47 Prezidentlər Türkiyə - Uels matçını izləyir 16 İyun 2021, 20:35 Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu 16 İyun 2021, 20:22 Teledərslərin sabaha olan CƏDVƏLİ 16 İyun 2021, 20:18 Türkiyə - Uels matçı başlayıb 16 İyun 2021, 20:05 Putin-Bayden görüşü başa çatdı 16 İyun 2021, 19:42 Azərbaycanın xarici ticarət dövriyyəsi artır 16 İyun 2021, 19:33 Türk Şurasının Baş katibindən Şuşa Bəyannaməsi ilə bağlı BƏYANAT 16 İyun 2021, 19:14 Ərdoğan Monitorinq Mərkəzinin türkiyəli hərbçiləri ilə Bakıda görüşüb 16 İyun 2021, 18:55 Bakıda restoran icarədarı 4000 manat cərimələndi 16 İyun 2021, 18:41 Ərdoğan Bakıda Türk şəhidliyini ziyarət etdi - FOTO 16 İyun 2021, 18:28 Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor satmağa icazə verilib 16 İyun 2021, 18:16 Ərdoğan Gürcüstanla Rusiya arasında vasitəçilik təklif etdi 16 İyun 2021, 18:07 İcra başçısının müavini övladına toy edib? - DİN-dən açıqlama 16 İyun 2021, 18:00 Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verildi 16 İyun 2021, 17:55 Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət 16 İyun 2021, 17:49 Şuşa Bəyamnaməsi Qarabağın təhlükəsizliyinin qarantıdır 16 İyun 2021, 17:43 Yoluxma azaldı, sağalan çoxaldı - 1 nəfər öldü 16 İyun 2021, 17:39 Ərdoğanın və xanımının şərəfinə nahar verildi 16 İyun 2021, 17:35 “Uşaq Qaynar Xətt” xidmətinə son 5 aya 2 mindən çox müraciət daxil olub! 16 İyun 2021, 17:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?