Modern.az

“Onlar terrorçulara xas üsuldan istifadə edirlər” - Hikmət Hacıyev

“Onlar terrorçulara xas üsuldan istifadə edirlər” - Hikmət Hacıyev

Aktual

16 İyul 2020, 15:02

Azərbaycan Respublikası hər cür imkandan istifadə edib ərazi bütövlüyünü təmin etməyə hazırıdr.


Modern.az
-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev mətbuat konfransında bildirib.

 

H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyev də bunu çıxışında deyib: "Azərbaycan istənilən halda düşmənə layili cavab verib və verəcək. Buna hamı əmin ola bilər. Bütün Azərbaycan vətəndaşı bu istiqamətdə dövlətə və onun Ordusuna inanır. Biz vətəndaşları buna əmin edirik".


H.hacıyev bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin hədəfində Azərbaycanın mülki obyektləri də var.


H.Hacıyev qeyd edib ki, biz bunu Xocalı soyqırımı və digər hadislərdə görmüşük:

“2016-cı ildə də bunu gördük. Bu ermənilərin fəlsəfəsi və niyyətini göstərir. Tovuzda da bu proses davam edir. Ermənilər hətta öz mövqelərini mülki yaşayışlarında yerləşdiriblər. Onlar həmin ərazilərdən atəş açaraq Azərbaycanı mülki obyektlərə atəş açmaqda günahlandırır. Onlar terrorçulara xas bir üsuldan istifadə edir. Mülki obyeklərin arxasında gizlənərək Azərbaycanı ittiham edir”.

 

Prezidentin köməkçisi deyib ki, Azərbaycan Ordusunun stratrgiyasında belə bir taktika yoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü