Modern.az

Komitə sədri: “Dövlətimiz belə təxribatların qarşısını qətiyyətlə alacaq”

Komitə sədri: “Dövlətimiz belə təxribatların qarşısını qətiyyətlə alacaq”

Aktual

16 İyul 2020, 15:15

“İyulun 12-15-də   Azərbaycan - Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfinin təxribatlarının ardından döyüşlər davam edib. Düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edilib. Qarşı tərəfin xeyli sayda canlı qüvvəsi məhv edilib”.

 

Bu fikirləri Modern.az-a açıəqlamasımnda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri  Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarına rəğmən, düşmənin danışıqların  formatını kobud şəkildə pozduğunu da xatırladıb:

“Ermənistan özünü daha çox terrorçu təşkilat kimi aparır. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni vandalizminin açıq aşkar  nümunəsidir.  Ermənistan tərəfi  bilərəkdən mülki əhaliyə atəş açmaqla  1949-cu il  “Cenevrə Konvensiyası”nın müddəalarını kobud şəkildə pozur. Ermənistan tərəfinin bütün təxribatlarına baxmayaraq güclü Azərbaycan Ordusu düşmənin istənilən həmləsinə layiqli cavab vermək iqtidarındadır. Biz bunu 2016-cı ilin aprel döyüşlərində də gördük.  Hazırda Azərbaycan – Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha təsdiq edir”.

Ziyafət Əsgərov iyulun 14-də baş verən yürüşlə bağlı da fikirlərini bildirib:

“Vətəndaşlarımız “Qarabağ”,  “Azərbayan”,  “Ali Baş Komandan”  kimi şüarlar səsləndirib vətənpərvərlik nümayiş etdirirdi. Təəssüf ki,  bir qrup təxribatçı bu  vəziyyətdən başqa məqsədlər üçün yararlanmağa çalışdı. Aksiya iştirakçılarının əksəriyyəti, polislərin dağılma tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etməmiş, orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq qeyri-qanuni olaraq Milli Məclisin binasına daxil olmuş və binaya zərər vurmuşlar. Bu zaman jurnalistlərə qarşı da zorakılıq edilmişdir. Təxribatçılar vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə çalışıblar. Milli Məclisin foyesində “Allahu-Əkbər” şüarları qışqıran gənclər peyda olublar. Dövlətimiz belə təxribatların qarşısını qətiyyətlə alacaq. Təxribatçılar və “beşinci kolon”un nümayəndələri müəyyənləşdirilib və hüquq müstəvisində cəzalarına çatacaqlar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi