Modern.az

Azərbaycanda yeni doğulan körpələrə POLAD adı verilir - Generalın şərəfinə...

Azərbaycanda yeni doğulan körpələrə POLAD adı verilir - Generalın şərəfinə...

Mədəni̇yyət

19 İyul 2020, 09:13

Neçə gündür böyüklü-kiçikli hər kəs iyulun 14-də cəbhənin Tovuz istiqamətindəki döyüşlərdə qəhrəmanlıqla həlak olmuş general-mayor Polad Həşimovdan danışır. Onun haqqında yazılanları oxuduqca, deyilənlərə qulaq asdıqca, həm də fəxr edirsən, həm də yanıb-yaxılırsan...

Qürurlanırsan ki, Ordumuzun belə general-mayoru varmış... Təəssüflənirsən ki, axı niyə belə bir qəhrəman oğulu tez itirdik...

Onun haqqında danışılanları eşitdikcə, itkinin miqyasını sözlə ifadə etməyə çətinlik çəkirsən...

Xidməti, fəaliyyətilə əsgərlərinin qəlbini fəth edən belə bir general hələ ölməməliydi... O, Qarabağın işğaldan azad edildiyi günü görməliydi... Təəssüf, min kərə təəssüf... Belə oğullar Vətənə, xalqa çox gərəkdir...

İlahi, Polad Həşimov insan kimi necə böyükmüş, necə əzəmətliymiş... Biz sözün əsl mənasında, Qəhrəman itirmişik. O, müstqil Azərbaycanın tarixində həmişəlik yaşayacaq... Milli Qəhrəman adına haqq edən Şəhid General kimi... Qarabağ müharibəsi başlayandan bəri döyüş şəraitində şəhid olan ilk general kimi... Döyüş zamanı müdafiənin ön xəttində olan Polad Həşimov sübut etdi ki, Azərbaycan Ordusunda generallar da əsgərlərlə bir çərgədə, ön sırada düşmənə qarşı vuruşur... O, “döyüşə ancaq əsgərlər gedir” stereotipini darmadağın etdi...

Tariximiz yenilənir, qəhrəmanlarımızın adlarının sırası genişlənir. Bu səbəbdən artıq cəmiyyətdə  yeni adların kütləviləşməsinin, sevildiyinin şahidi oluruq.

Gedişat göstərir ki, Polad da belə adlardan biri olacaq...


Modern.az
-ın əldə etdiyi məlumata, müşahidələrə görə, son günlər yeni valideyn olan xeyli gənc ata-ana körpə oğlanlarına Tovuz döyüşlərinin qəhrəmanının şərəfinə Polad adı qoyurlar... Bu adı seçənlər indi dünyaya gələn oğlan uşaqlarınım böyüyəndə Polad Həşimov kimi qəhrəman olmağını istəyirlər... Afərin!..

Beləliklə, Azərbaycan cəmiyyətində kütləviləşən adlar sırasına daha bir ad əlavə olunur – POLAD... Biz bir Poladı itirdik. Minlərlə Poladlar doğulacaq...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi