Arxiv
19 İyul 2020, 10:56 | ÖLKƏ
Sərt karatində icazələrin alınması şərtləri AÇIQLANDI - VİDEO

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.



Sərt karantin rejiminin davam etdiyi müvafiq müddətdə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” də işlək olacaq.



Bunu Modern.az-a açıqlamasında "ASAN xidmət"in mətbuat katibi Elnur Niftəliyev bildirib.



E.Niftəliyev qeyd edib ki, bu müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışan şəxslərin icaze.e-gov.az portalında 2020-ci il 20 iyul tarixinə qədər aktiv olan icazələrinin müddətinin uzadılması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən avtomatik olaraq həyata keçiriləcək:



"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən yeni sahələrdə çalışan vətəndaşlar üçün isə portalda icazə alınmalıdır.



icaze.e-gov.az portalında mövcud icazəsinin statusuna vətəndaşlar “myGov” elektron hökumət portalında baxa bilərlər. Bunun üçün “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçmək, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxaraq icazəyə baxmaq və ya elektron formasını yükləmək lazımdır".



Onun sözlərinə görə, evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar isə əvvəlki qaydada, mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməklə icazə əldə edəcəklər:



"Yeni Qərara əsasən şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün aldıqları SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılıb.



İcazələrin məqsədinə dair isə daha öncə olduğu kimi 2 kodla müraciət etmək mümkündür:




1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.



2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün nəzərdə tutulub. İcazə 3 saat müddətinə gündə 1 dəfə verilir".



Qurum rəsmisi deyib ki, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, həmçinin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər icazə kodunu, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsini 8103 nömrəsinə göndərməklə icazə əldə edə bilərlər:



"Müvafiq indeks üzrə yaşayış yerini fərdi nəqliyyat vasitəsi ilə tərk etdikdə vətəndaşlara şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, həmin SMS mətninə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da əlavə etmələri tövsiyə olunur. Bu zaman nəqliyyat vasitəsinin icazəsinin olub-olmaması Daxili İşlər Nazirliyi tərəfindən xüsusi texniki vasitələrlə avtomatik formada yoxlanılacaqdır. SMS mətni nümunədə göstərildiyi şəkildə formalaşdırılmalıdır. İcazə indeksi, boşluq, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, boşluq, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. SMS mətninin düzgün formalaşdırılması üçün boşluqlardan qeyd olunan şəkildə istifadə etmək mütləqdir. Həmçinin xarici, tranzit, səfirlik və.s dövlət qeydiyyat nişanları olan nəqliyyat vasitələri üçün də eyni qaydada icazə əldə etmək mümkündür.



Yaxın qohumun dəfnində iştirak üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlamalıdırlar.



Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər.



Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.



Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər".



SMS icazə sisteminin yenilənmiş videotəlimatına keçid: 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vətən, torpaq, bayraq SEVGİSİ... 1 Dekabr 2020, 13:23 Azərbaycan XİN-dən Laçın TƏBRİKİ 1 Dekabr 2020, 13:23 Ermənistan təcili yardım sürücüsünün nəşini Azərbaycana təhvil verdi 1 Dekabr 2020, 13:20 “Üç ilə Laçın şəhəri də bizə qaytarılacaq” 1 Dekabr 2020, 13:14 “44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək” - İlham Əliyev 1 Dekabr 2020, 13:10 Rusiyalı sülhməramlılar: “Erməni əhalisi Laçını tərk edib” 1 Dekabr 2020, 13:08 Nazirlik bu vəzifələrə işçi axtarır 1 Dekabr 2020, 13:06 Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi 1 Dekabr 2020, 13:03 “Hanı o 7 şərt? Getdi işinə” – İlham Əliyev Ermənistana mesaj verdi 1 Dekabr 2020, 13:00 Qələbəni bizə yaşadanlara və qələbəmizə sevinənlərə eşq olsun! - VİDEO 1 Dekabr 2020, 12:56 Sabah hava necə olacaq? - PROQNOZ 1 Dekabr 2020, 12:52 Paşinyan məhkəmədə uduzdu 1 Dekabr 2020, 12:50 İlham Əliyev üçtərəfli bəyanatın detallarını ŞƏRH ETDİ 1 Dekabr 2020, 12:45 İlham Əliyev yeni çəkiləcək “Azərbaycan-Naxçıvan dəhlizi”ndən DANIŞDI 1 Dekabr 2020, 12:40 Prezident məhv edilən erməni texnikasının yekun siyahısını AÇIQLADI 1 Dekabr 2020, 12:35 “Biz Laçınımıza mədəniyyəti qaytarırıq” - Anar Kərimov 1 Dekabr 2020, 12:30 “Fransa parlamentinin bizim məsələ ilə nə işi var?” – İlham Əliyev 1 Dekabr 2020, 12:28 “Kimsə Qarabağ münaqişəsinin davam etdiyini düşünürsə, səhv edir” 1 Dekabr 2020, 12:25 Bəyanata əgər kimsə müdaxilə etmək istəsə...” - Prezidentdən sərt MESAJ 1 Dekabr 2020, 12:20 Təhsil Nazirliyi vaxtı uzatdı 1 Dekabr 2020, 12:17 “Ermənistan rəhbərliyində Laçını qaytarmaq fikri olmayıb” 1 Dekabr 2020, 12:14 Prezident bəzi sirləri açdı: “Laçın dəhlizi erməni işğalçılarından təmizlənib” - Müraciətin tam MƏTNİ 1 Dekabr 2020, 12:09 Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik etdi 1 Dekabr 2020, 12:05 Prezident xalqa müraciət edir - CANLI 1 Dekabr 2020, 12:00 İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu göndərib 1 Dekabr 2020, 11:54 Xanım sürücünün yolunu kəsən şəxs həbs edildi - VİDEO 1 Dekabr 2020, 11:52 Türkiyədən Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 1 Dekabr 2020, 11:52 Bakının bu yollarında avtobuslar üçün xüsusi zolaqlar ayrıldı - SİYAHI 1 Dekabr 2020, 11:50 “Artıq dekabrın 1-dən sonra postmüharibə dövrü başlayır” - Malik Həsənov 1 Dekabr 2020, 11:48 “Sumqayıt - dənizə addımlayan şəhər...” - Rəhman Orxanın kitabı çıxdı 1 Dekabr 2020, 11:45 Təhsil haqqı dövlət tərəfindən ödənilən tələbələrin siyahısı AÇIQLANDI 1 Dekabr 2020, 11:43 Zahid Oruc: Müzəffər Ordumuz BMT qətnamələrini tam yerinə yetirdi..   1 Dekabr 2020, 11:38 Azərbaycanda pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır 1 Dekabr 2020, 11:34 66 günlük qəhrəmanlıq dastanı... 1 Dekabr 2020, 11:30 Müharibədə iştirak edən tələbələr təhsil haqqından azad edildi 1 Dekabr 2020, 11:25
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?